Tanınmış jurnalist, Bizim.Media xəbər portalının Şimal bürosunun müxbiri Aytəkin Alxaslının yaradıcılıq yolunu, jurnalistika fəaliyyətini və həyat təcrübəsini əks etdirən “Kamilliyə gedən yol” adlı kitabı işıq üzü görüb.
Kitab Bakı şəhərində “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC tərəfindən 2026-cı ildə nəşr olunub. 368 səhifəlik nəşrin redaktorları Yaşar Alsamel və Elmir Samiroğludur.
“Kamilliyə gedən yol” müəllifin uzun illər ərzində topladığı müşahidə və təcrübələrin, jurnalist kimi keçdiyi yolun, insanlarla münasibətlərinin və peşə fəaliyyətinin izlərini əhatə edir. Kitabda jurnalistika, peşəkarlıq, insan taleləri, cəmiyyət və müəllifin müxtəlif illərdə qarşılaşdığı hadisələr özənəməxsus tərzdə işıqlandırılır.
Kitabda Aytəkin Alxaslının jurnalist kimi formalaşmasına təsir edən ən müxtəlif məqamlar, peşə həyatında rastlaşdığı maraqlı hadisələr, həmçinin müxtəlif şəxslərlə bağlı xatirə və düşüncələri diqqət çəkir. Müəllifin yazılarında jurnalistikanın yalnız informasiya çatdırmaq deyil, həm də insan talelərinə toxunmaq və cəmiyyətin problemlərini görmək missiyası ön plana çıxır.
Kitabın mündəricatında yer alan yazı adları da nəşrin mövzu rəngarəngliyindən xəbər verir. Burada jurnalistikanın müxtəlif istiqamətləri ilə yanaşı, ayrı-ayrı ziyalılar, həmkarlar və ictimai şəxslər haqqında maraqlı yazılar, xatirələr və müəllif düşüncələri toplanıb.


Bizim.Media
































































































