28 avqust tarixində Tacikistan Respublikası Təhsil İşçilərinin və PISA layihə menecerlərindən ibarət 11 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.
Səfər çərçivəsində Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyəti ilə bir neçə görüş baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycan təcrübəsini öyrəndi - FOTO
İlk olaraq Azərbaycan Respublikası Təhsil İnstitutunun görüş keçirilib. Görüşün əsas məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi olub.
Tacikistan nümayəndə heyətinin üzvü Lola Nəsirova birgə əməkdaşlıqdan danışıb. Elm və Təhsil nazirliyində baş tutan görüşdə Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev tərəfindən məktəblərin idarə edilməsi, keyfiyyət planlaması, nəzarət və təminat məsələləri barədə görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib.
Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyəti STEAM İnnovasiyalar Mərkəzində gələrək Mərkəzin işi ilə yaxından tanış olublar. Qonaqlara STEAM təhsili barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 5 günlük təlim proqramı çərçivəsində qonaqların müxtəlif qurumlarla görüşlər keçirilməsi planlaşdırılır.
Bizim.Media-nın STEAM İnnovasiyalar Mərkəzindən hazırladığı videoreportajı təqdim edirik:
Bizim.Media