Taylandda ermənini məğlub edən idmançımız Vətənə qayıtdı - FOTO

Taylandda ermənini məğlub edən idmançımız Vətənə qayıtdı - FOTO

Hazırda oxunan: Taylandda ermənini məğlub edən idmançımız Vətənə qayıtdı - FOTO
150153
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-Prisinin qalibi və yüngül çəkidə mütləq çempion, eyni zamanda “ONE Fight Night 13”də növbəti qələbəsini qazanan Çingiz Əlləzov Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Otuz yaşlı döyüşçü Taylandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib. Ç.Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunub.

Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO