Putindən Qərbə mesaj: “Rusiya heç kimi hədələmir”

Putindən Qərbə mesaj: “Rusiya heç kimi hədələmir”

Hazırda oxunan: Putindən Qərbə mesaj: “Rusiya heç kimi hədələmir”
646030
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin heç vaxt xarici dövlətlərə təhdid yaratmadığını və əməkdaşlığa can atdığını bildirib.

Bizim.Media xəbər verir ki, Putin bu barədə Rusiya xalqlarının birliyinin möhkəmləndirilməsinə töhfəyə görə prezident mükafatının və dövlət təltiflərinin təqdim olunması mərasimində çıxış edərkən deyib.

O, mükafatlandırılan xarici ölkə nümayəndələrinə müraciət edərək bildirib ki, Rusiya qarşıdurma deyil, əməkdaşlıq tərəfdarıdır.

“Birincisi, Rusiya heç vaxt heç kimi təhdid etməyib və etmir. İkincisi, biz əməkdaşlığa can atırıq. Hələ buna hazır olmayanlar da gec-tez düzgün nəticə çıxaracaq, mövqelərini dəyişəcək və qarşıdurma əvəzinə Rusiya ilə əməkdaşlığa üstünlük verəcəklər”, – deyə Putin vurğulayıb.
 

Rusiya lideri ölkəsinin bu cür əməkdaşlığa hazır olduğunu bildirərək, Rusiya ilə münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurmaq istəyən insanlara təşəkkür edib.


Putin həmçinin qeyd edib ki, mədəniyyət, təhsil, humanitar sahələr və biznes istiqamətində əməkdaşlıq siyasi və təhlükəsizlik sahələrində münasibətlərin inkişafı üçün əlverişli zəmin yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO