Acı bibərin faydası, yoxsa zərəri DAHA ÇOXDUR?

Acı bibərin faydası, yoxsa zərəri DAHA ÇOXDUR?

Hazırda oxunan: Acı bibərin faydası, yoxsa zərəri DAHA ÇOXDUR?

148389

Təxminən bir əsr əvvəl elm adamları acı bibərin sağlamlıq üçün olduqca faydalı olduğunu kəşf etdilər.

Acı bibəri yemək immunitet sistemini gücləndirir, beyin fəaliyyətini yaxşılaşdırır, ürək sağlamlığını dəstəkləyir, xərçəng riskini azaldır və həzmi yaxşılaşdırır. Lakin onun həddindən artıq istehlakı mədə narahatlığına, ishal və ya qəbizliyə səbəb ola bilər. Həmçinin, bəzi insanlar acı bibər yedikdən sonra allergik reaksiyalar yaşaya bilər. Buna görə də bibər istehlakında ölçülü davranmaq vacibdir.

Bizim.Media acı bibərin sağlamlıq üçün faydalarını və zərələrini araşdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Dərdimizə dərman olmaq yerinə, səhhətimizə bəla olan SAXTA ƏDVİYYATLAR... 


1. Acı bibər ürəyinizi sağlam saxlaya bilər.

Mütəmadi acı bibər yeyən insanlarda ürək xəstəliyi riskini artıran “pis” xolesterin adlanan LDL səviyyəsi daha aşağı olur. Son araşdırmalar göstərir ki, qida rasionuna acı bibər daxil edən insanların infarkt və insultdan ölmə riski digərlərinə nisbətdə 13 faiz daha azdır.

2. Artıq çəkidən qurtulmağa kömək edir.

Acılı qidalar arıqlamağa kömək edir və maddələr mübadiləsini sürətləndirir. Tərkibindəki kapsaisin maddələr mübadiləsini sürətləndirməyə kömək edə bilər ki, bu da həm istirahətdə, həm də məşq zamanı daha çox kalori yandırmağa kömək edə bilər.

3. Ağrıkəsici funksiyası var.

Acı bibərdən losyon kimi də istifadə etmək olar. Əl və ayaqlara tətbiq edilən zaman bu nayihədəki ağrıların azalmasına ciddi təsir göstərir. Doğrudur, bu zaman ilk növbədə yanma hissi yaranacaq. Lakin bir neçə dəqiqədən sonra ağrılarınızın sakitləşdiyini hiss edəcəksiniz. Bundan əlavə, acılı qidalar bağırsaqlarınızı sakitləşdirə və sağlam saxlaya bilər.

4. İmmunitet sistemini gücləndirir. 

Acı bibərin tərkibində C vitamini və beta-karoten kimi antioksidan vitaminlər var. Bu vitaminlər immunitet sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.

5. Qan şəkərini tənzimləyir. 

Bəzi tədqiqatlar göstərir ki, acı bibər qan şəkəri səviyyəsini tənzimləyə bilir. Buna görə diabet xəstələri üçün faydalı ola bilər.

6. Sinusları açır. 

Acı bibər sinusların açılmasına kömək edir və tərkibindəki kapsaisin sayəsində burun tıxanmasını aradan qaldırır. 

7. Həzm sisteminin sağlamlığını qoruyur.

Acı bibərdə həzm sisteminin sağlamlığını qorumaq üçün faydalı olan lif və antioksidanlar var. O, həmçinin mədə turşusu istehsalını artıraraq həzmi yaxşılaşdıra bilər.

Acı bibər yeməyin faydaları ilə yanaşı bəzi zərərləri də var:

- Mədə xəstəlikləri olan şəxslər acı bibər yedikdə, tez-tez mədə yanması, həzmsizlik, mədə ağrısı və kramplarla qarşılaşırlar.

- Acı bibəri bağırsaqlarda evakuasiyanı sürətləndirərək ishala səbəb ola bilər.

- Bəzi insanlar acı bibər yedikdən sonra dəridə qızartı, qaşınma və qıcıqlanma ilə qarşılaşa bilər.

- Acı bibər yeyən insanlar ağızda və boğazda yanma, qaşınma və qıcıqlanma hiss edə bilərlər.

- Bibərinin tərkibindəki kapsaisin ürək sağlamlığına zərər verə bilər və çox miqdarda istehlak edildikdə ürək döyüntülərini sürətləndirə bilər.

- Acı bibər yemək qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər və təzyiq problemindən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.

- Acı bibəri yeyən bəzi insanlarda allergik reaksiyalar ola bilər.

Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO