“Sumqayıt” pakistanlı futbolçu ilə müqavilə bağladı

“Sumqayıt” pakistanlı futbolçu ilə müqavilə bağladı

Hazırda oxunan: “Sumqayıt” pakistanlı futbolçu ilə müqavilə bağladı

147501

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.  

Bizim.Media xəbər verir ki, sözügedən komanda Portuqaliya təmsilçisi “Vitoriya”ya (Gimaraynş) məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış etmiş pakistanlı futbolçu İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.  

Qeyd edək ki, İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib.

“Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoriya” klublarında çıxış edib. 
İsa İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO