Türkiyənin 46 nəfər folklorçusu Gürcüstanda ZƏHƏRLƏNİB

Hazırda oxunan: Türkiyənin 46 nəfər folklorçusu Gürcüstanda ZƏHƏRLƏNİB

145139

Türkiyədə səyahətdə olan folklor komandasının 46 nəfər üzvü yedikləri yeməkdən zəhərlənib. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə komanda Türkiyənin paytaxtı Ankaradan Gürcüstana gedərkən baş verib. 

Belə ki, ekskursiya avtobusu ilə Gürcüstana gedən folklor komandası geri qayıtmazdan əvvəl Batumidə nahar edib. Qayıdarkən səhhətində narahatlıq hiss edən 46 nəfər Ordunun Fatsa rayonundakı xəstəxanaya aparılıb. 
Xəstəxanaya çatdırılan 46 nəfərdən 26-sı evə buraxılıb, 20 nəfər isə həkim nəzarətinə götürülüb.Onların həyatı təhlükəsinin olmadığı bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO