Lalə keçirdiyi plastik əməliyyatından DANIŞDI: “Nəticədən çox razıyam” - ÖZƏL

Lalə keçirdiyi plastik əməliyyatından DANIŞDI: “Nəticədən çox razıyam” - ÖZƏL

Hazırda oxunan: Lalə keçirdiyi plastik əməliyyatından DANIŞDI: “Nəticədən çox razıyam” - ÖZƏL

142111

“Üzümdə yaşla əlaqədar buxaqım vardı, yanaq əzələlərimdə aşağıya doğru düşüklük vardı. Bunları aradan qaldırmaq üçün plastik əməliyyat olundum. Əldə etdiyim nəticədən də çox razıyam”. 

Bu sözləri Əməkdar artist Lalə Məmmədova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Həftələr əvvəl üzündə plastik və estetik əməliyyat keçirən sənətçi bu dəyişimdən çox razı qaldığını dilə gətirib: 

“Plastik əməliyyat keçirməyə ona görə razılaşdım ki, öz simam olsun, yəni dolğular və botoks kimi inyeksiyalar olmasın. Üzüm süni deyil, daha təbii olsun. Hələ də reabilitasiya prosesi gedir. Mən zamanında bu əməliyyatı etdirdim”. 

Burun əməliyyatından sonra tənqid hədəfinə çevrilən L.Məmmədova simasını botokslardan qorumaq üçün bu addımı atdığını bildirib:

“Burnumda “rinoplastika” əməliyyatı keçirəndən sonra tamaşaçılarım narahat oldular. Başladılar yazmağa ki, Lalənin siması dəyişdi, gərək bu əməliyyatı etdirməzdi və sairə. Amma mən tamaşaçımı incitmək istəmirəm. Onlar köhnə Laləyə öyrəşiblər. Amma mən üzümdə əlavə şeylərin olmasını istəmirəm. Təbii qalmaq istəyirəm və buna da çalışıram. Çünki təbiilik özü bir gözəllikdir”. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO