Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazandı

Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazandı

Hazırda oxunan: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazandı

132340

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət qrup hərəkətləri komandamız Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında bürünc medala sahib olub.

Bizim.Media xəbər verir ki, komandamızın 3 lent və 2 topla final çıxışı 32,300 xalla qiymətləndirilib.

Yarışın qalibi 33,100 xalla İsrail komandası olub. Çin gimnastları 32,450 xalla turniri ikinci pillədə başa vurublar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO