Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 8-ci görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan tədbirdə nazir son iki ay ərzində qazanılmış idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb.
İclasın gündəliyə əsasən, “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş idman həftəsi ilə bağlı məlumat verilib.
Sonra idman yarışlarının ölkə telekanallarında yayımı, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri, III Avropa Oyunlarına hazırlıq, Tələbələrin Ümumdünya Yay Universiadasına hazırlıq, II MDB Oyunları, “İdmançılarımızı tanıyaq layihəsi”, İdman federasiyalarının sosial media hesabları monitorinqinin nəticələri, 2023-cü il üçün tibbi təminat, ölkə miqyaslı yarışların təşkili və digər məsələlər müzakirə olunub, federasiyaların fikir və təklifləri dinlənilib.
Tədbirdə həmçinin, beynəlxalq yarışlara hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Fərid Qayıbov nazirliyin idmanın inkişafına və eləcə də əhalinin sağlamlığı və kütləviliyə xidmət edən istənilən məsələdə federasiyalarla əməkdaşlığa hazır olduğunu bildirib. Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü](https://bizim.media/file/articles/2023/04/07/1680859157_1-kcur.jpg)
- A-
- A
- A+
İdman
13:23 / 07.04.2023
Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü
Hazırda oxunan: Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü
Hazırda oxunan: Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü
129454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.