Bakıda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissə-hissə buraxılacaqlar.
Bizim.Media BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadənin verdiyi məlumata istinadən xəbər verir ki, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub.
MÖVZU İLƏ BAĞLI:
İkardi “Qarabağ”a qarşı start heyətində OYNAYACAQ
O bildirib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq:
"Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər".
Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.
Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Bizim.Media