Murad Nuraya bəstələdiyi “Brilyantlar”ı bu dəfə ÖZÜ OXUDU - VİDEO

Murad Nuraya bəstələdiyi “Brilyantlar”ı bu dəfə ÖZÜ OXUDU - VİDEO

Hazırda oxunan: Murad Nuraya bəstələdiyi “Brilyantlar”ı bu dəfə ÖZÜ OXUDU - VİDEO

123174

Bəstəkar-müğənni Murad Arif solo konsert öncəsi hit olan “Brilyantlar” bəstəsini yeni ab-havada təqdim edib. 

Bizim.Media xəbər verir ki, sözügedən nəğməni arabesk-oriental janrda səsləndirən sənətçi, həmçinin bu mahnı üçün kamera qarşısına keçib. 

“Bu mahnının ilk ifaçısı Nura Suri olub. 12-13 il öncə oxuyub. Mahnı hələ də sevilir, sağlam səslənir. Amma o mahnının bu mahnıdan bir fərqi var. O, bir qadının münasibətidir. Deyir ki, əgər bir kişi yanımda olmaq istəyirsə, səxavətli olmalıdır, əlini cibinə atmalıdır, brilyantları başımdan tökməlidir. Bu isə sevgilisi üçün səxavətli olan kişinin mahnısıdır. Nuranın versiyası səxavətli kişiyə mesaj idi, bu isə ona cavabdır”, - deyə Murad vurğulayıb.  

Ekran işinin rejissorluğunu müğənni Delee Orucluya həvalə edib. Bir-birindən fərqli üç obrazda çıxış edən Murad klipdə nəğmənin ilk ifaçısı Nura Suriyə də yer ayırıb..

Xatırladaq ki, sözügedən bəstəni Nura Suridən sonra Xalq artisti Brilliant Dadaşova da oxuyub.

Qeyd edək ki, Murad Arif mayın 19-da ölkənin əsas səhnəsi “Heydər Əliyev Sarayı”nda canlı solo konsert proqramı ilə çıxış edəcək. 

Rəşad Əliyev, Bizim.Media
 












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO