Qarsda hərbi təlimlərin son günüdür - Zakir Həsənov da təlimləri izləyir - VİDEO

Qarsda hərbi təlimlərin son günüdür - Zakir Həsənov da təlimləri izləyir - VİDEO

Hazırda oxunan: Qarsda hərbi təlimlərin son günüdür - Zakir Həsənov da təlimləri izləyir - VİDEO

118012

Türkiyənin Qars əyalətində “Qış-2023” birgə hərbi təlimlərinin son günü keçirilir.

Bizim.Media xəbər verir ki, təlimlərə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, daxil 17 ölkədən hərbçilər iştirak edir. Ümumilikdə 2113 personal iştirak edir, onlardan 189-u xarici ölkələrdən qatılan hərbçilərdir.

Kəskin hava şəraitində keçirilən “Qış-2023” təlimlərində Türkiyənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlıları və digər bölümləri iştirak edir.

Qeyd edək ki, Azərbaycan təlimlərə tank bölümü, snayper bölümü, Hərbi Hava Qüvvələrinin bölümü (paraşüt) və Silahlı Qüvvələrinin Baş Qərargahının personalı ilə qatılıb.

Təlimlərin məqsədi müştərək hərəkatın icrasına dair koordinasiya və sinxronluğu təmin etmək, kəskin hava şəraitində atəş və digər hərbi manevrləri təkmilləşdirmək, o cemlədən, qış fəslində bölümlərin yerləşməsini təmin etməkdir.
18 yanvar - 2 fevral tarixlərində keçirilən təlimlər çərçivəsində ilk dəfə olaraq “GİRİT” tank əleyhinə raket sistemi, “KN-12” snayperi, “KARGU” kamikadze dronları, digər silah və hərbi texnika cəlb edilib. Bundan əlavə, “F-16” qırıcıları və “ATAK” helikopterləri də hava manevrləri nümayiş etdirib.

Xatırladaq ki, Qış-2023” təlimlərini izləmək üçün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO