Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü

Hazırda oxunan: Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü

115525

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Mənbə yazır ki, yanğın gecə saat 1.30 radələrində başlayıb.

Yanğınsöndürmə və xilasetmə tədbirlərinə baxmayaraq, tələfatın qarşısını almaq mümkün olmayıb.

3 hərbçinin vəziyyətinin ağır olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO