Ekspert: “Ermənistan sabitliyin pozulmasına yönəlmiş addımları Aİ missiyasından gizlətməyə çalışacaq”

Ekspert: “Ermənistan sabitliyin pozulmasına yönəlmiş addımları Aİ missiyasından gizlətməyə çalışacaq”

Hazırda oxunan: Ekspert: “Ermənistan sabitliyin pozulmasına yönəlmiş addımları Aİ missiyasından gizlətməyə çalışacaq”
602907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Ermənistan Azərbaycan ilə münasibətlərin normallaşdırılması prosesinin pozulmasına yönəlmiş addımlarını Avropa İttfaqının (Aİ) missiyasından gizlətməyə çalışacaq".
 
Bunu “Report”a “Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.
 
"Aİ missiyasının göndərilməsi ilə bağlı qərar birtərəfli qaydada, Azərbaycanın ciddi mandatı olmadan qəbul edildiyinə görə, onun funksiyası yalnız Ermənistan tərəfdən sərhəddə patrul xidməti həyata keçirmək olacaq. Sərhədin yalnız bir tərəfində olmaqla pozuntuları qeydə almaq çox çətindir, bu isə o deməkdir ki, Ermənistanın yol verdiyi bütün pozuntular nəzərə çarpmayacaq. Sabitliyi pozmağa yönəlmiş addımlar olsa belə, Ermənistan onları missiyadan gizlətməyə çalışacaq. Burada sülh yolu ilə nizamlanma üçün obyektiv və şəffaf şərait yaradılmır”, - ekspert bildirib.
 
Onun sözlərinə görə, Ermənistan danışıqlar zamanı Avropa ölkələri arasında öz mövqeyini gücləndirmək üçün bu məsələni üçtərəfli bəyanatın digər tərəfləri olan Azərbaycan və Rusiya ilə razılaşdırmadan missiyanı yerləşdirməyə razılıq verib.
 
Pritçin əlavə edib ki, Aİ missiyasının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, nəqliyyat dəhlizlərinin açılması və digər proseslərə heç bir təsiri yoxdur.
 
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası fevralın 20-də fəaliyyətə başlayıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO