Əvvəli bu linkdə : //moderator.az/index.php?xeber=80424
Sabiq müdafiə naziri Rəhim Qazıyev “Hürriyyət”x9d qəzetinə geniş müsahibə verib.
Moderator.az həmin müsahibəninin sonuncu hissəsini oxuculara təqdim edir.
- Söhbət məşhur “Sürətin xəyanəti”x9d bəyanatındanmı
gedir?
- Bəli,
Müdafiə Nazirliyində gedən xəyanətlər, Surətin xəyanətləri, daha nə bilim kimlərin
xəyanəti. Mən burada bir balaca haşiyə çıxmaq istəyirəm və xahiş edirəm ki, bu,
xüsusi qeyd olunsun. Dünya tarixində baş vermiş bütün hərbi olayların heç biri
xətalardan xali deyil. Hətta istənilən hərbi vəziyyətdə xəyanət də, cinayət də,
şərəfsizlik də, satqınlıq da ola bilər. Baxın, II Dünya müharibəsində general
Vlasov Kremlin, Lenin mavzoleyinin 170 km-liyində bütöv bir ordunu Hitler
ordusunun rəhbərliyinə təhvil verdi. Həmin dövrdə alman ordusunun avanqard hissələri
mavzoleydən 23,5 km məsafədəydi. Bununla belə, Sovet ordusu Berlinə kimi gedib
çıxdı və elə orada da Hitler ordusunun axırına çıxdı. Yəni kiminsə xəyanəti heç
də bütövlükdə müharibənin uduzulması anlamına gəlmir. Həmin bəyanat verilən
dövrdə biz həqiqətən də uğursuz əməliyyat keçirmişdik. Həm də o uğursuzluq elə-belə
olmamışdı.
- Necə yəni, elə-belə olmamışdı?
- Niyəsini
indi mən də dəqiq sizə deyə bilməyəcəm, amma bir halda ki, əməliyyat uğursuz
keçmişdi və bunlar öz ağılları ilə burada xəyanət izləri görürdülərsə, o zaman
niyə məsələ prezidentin yanında Təhlükəsizlik Şurasında müzakirə olunmadı, ölkənin
hərbi və siyasi rəhbərliyi səviyyəsində bu məsələyə qiymət verilmədi? Bəlkə
doğrudan da orada elə məsələlər ortaya çıxa bilərdi ki, bunun nəticəsində Rəhim
Qazıyev də, Sürət Hüseynov da güllələnməliydi. Yəni, bunlar olmadı və bunlar
olmadan, o dövrdə ictimai təşkilat olan AXC-nin adından belə bir bəyanat necə
ortaya çıxdı? Ümumiyyətlə, dünən Ordubaddan gəlib bu gün bəyanat verən Fərəc
Quliyevin buna nə qədər haqqı və səlahiyyəti çatırdı? Niyə Fərəc Quliyev bu bəyanatı
ilə Müdafiə Nazirliyi bir yana qalsın, Azərbaycan dövlətinə və “çox sevdiyi”x9d
prezident Əbülfəz Elçibəyə arxadan zərbə vururdu? Niyə?
- Siz o “niyə”x9dnin cavabını nədə
görürsünüz?
- İndi
sizə bunun dəqiq cavabını da mən verə bilməyəcəm, amma bir şeyi burada söyləməyi
özümə borc bilirəm. Təsəvvür edin ki, bu hadisədən çox-çox sonra 2005-ci ildə məni
“Yeni Müsavat”x9d qəzetinə müsahibəyə dəvət etmişdilər. Həmin müsahibənin gedişində,
kabineti mənim nazir kimi oturduğum kabinetdən çox- çox rahat və dəbdəbəli olan
Rauf Arifoğlu özündən razı halda bildirdi ki, həmin bəyanatın mətnini mən öz əllərimlə
yazmışam. Bir düşünün və fikirləşin ki, bir ölkənin taleyini həll edən məsələlər
haralarda və kimlər tərəfindən həyata keçirilib. Mən indi burda oturub nə heç
kimi ittiham etmirəm, nə də heç nəyə etiraz etmək fikrində deyiləm. Təbii ki, mənim
də günahım, çox ağır nəticələrə səbəb olan səhvlərim də ola bilər, ancaq bir
daha deyirəm, niyə bu qədər ciddi bir məsələ prezidentin yanında Təhlükəsizlik
Şurasında müzakirə olunub qərar vermək əvəzinə Rauf Arifoğlu ilə Fərəc Quliyev
arasında müzakirə olunaraq qərara bağlanıb? Onu da deyim ki, həmin dövr çox məsuliyyətli
bir dövr idi və bir tərəfdən Xankəndinin bir addımlığındaydıq, o biri tərəfdənsə
ermənilər İrəvanda oturaq mitinqə başlayıb müharibədən imtina bəyanatları
verirdilər. Məhz belə bir vaxtda niyə bu cür xəyanət yolu tutuldu? Və sonradan
da belə bəlli oldu ki, sən demə, bunların hamısı yaxşı oğlanlar imiş, amma o
dövrdə yaxşı-pis əlində olan imkanlarla, cibinin pulu ilə Azərbaycanın qeyrətli
oğlanlarını səfərbər edib, bir çox hallarda özü də əlinə silah alıb səngərlərdə
olan Surət Hüseynov isə xəyanətkar imiş. Açığı, mənim burada Surət Hüseynovu
müdafiə etmək fikrim yoxdu və həbsdən çıxandan sonra da onunla üz-üzə oturub
iki kəlmə kəsməmişik. Arada iki dəfə, bir anası, bir də qardaşı öləndə zəng
vurub başsağlığı vermişəm. Amma mən bu gün burada olanları və bildiyim həqiqətləri
deməsəm, vicdanımı satmış olaram. Yeri gəlmişkən, mən bu gün də o fikirdəyəm və
tam məsuliyyətimlə deyirəm ki, İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı, Sülhəddin
Əkbər və digərləri, toplu halında, nə Qarabağla bağlı, nə də Azərbaycan üçün
Surət Hüseynovdan artıq heç nə etməyiblər. Necə ola bilər ki, bu boyda həqiqətlər
ortada ola-ola bunların hamısı əziz, xalqını, millətini sevən demokrat liderlərə
çevrildilər, biz isə çıxdaş olası olduq? Demək istədiyim odur ki, bunlar belə hərəkətlərlə
və Surət Hüseynovla Rəhim Qazıyevi biabır etməklə fərd olaraq təkcə bizə zərbə
vurmadılar, xalqın döyüşən ordusuna olan inamını yerlə-yeksan elədilər. Özü də
hansı vaxtda? Həmin ərəfədə mən prezidentin yanına gəldim, hesabatımı verdim və
öz sözümü dedim. 17 fevral 1993-cü ildə, mənim 50 yaşım tamam olan günü, Milli
Məclisin xüsusi düzənlənmiş qapalı iclasını keçirdilər. Sülhəddin Əkbər çıxış
edərək dedi ki, bizdə Rəhim Qazıyevin ruslara işlədiyi haqda sənəd var. Təsəvvür
edin ki, sanki başımdan alov çıxdı. Orada ayağa durub indi burada deyilməsi
mümkün olmayan, amma ipə-sapa yatmaz sözlər söylədim. Bildirdim ki, ayın ya 9,
ya 10-u 104-cü diviziyanın komandiri general Şerbakla telefon danışığım olub. Təsəvvür
edin ki, Çıldırandan gecəylə mobil qərərgah maşını çıxarılıb, əsgərlər geri
qayıdana görüblər ki, maşın yoxdu. Həmin maşın artıq 23 ildi ki, Müdafiə
Nazirliyində oturan general-polkovnik rütbəli, o zamankı polkovnik Nəcməddin
Sadıqovun əmri ilə çıxarılmışdı. Bu səbəbdən də orada vəziyyət gərginləşmişdi.
Özüm məcbur olub gedib orada oturdum və bütün mövqeləri qaytardıq. Yəni, bax bu
oyun həmin ərəfədə oynandı. Bir detalı da deyim. Təsəvvür
edin ki, indi haqq dünyasında olan Əbülfəz bəy prezident olan gündən ta mən
istefa verən günədək yalvardım ki, bəy, operativ surətdə cəbhə xəttinin 5
km-lik əhatəsindəki bütün silahlı qüvvələrə və hərbi birləşmələrə əmr ver ki,
onlar vahid komandanlığa tabe olsunlar. Çünki bu məsələ mənim səlahiyyətimdə
deyildi və bunu ancaq Ali Baş Komandan edə bilərdi. Ona görə ki, o zaman ön cəbhədə
Daxili Qoşun hissələri, OMON-un qüvvələri, Boz Qurdlar, Prezident qvardiyasının
bölmələri var idi. Belə bir vəziyyətdə tutaq ki, briqada komandiri hər hansı
bir əmr verəndə, o birilər deyirdilər ki, biz bu əmrə tabe olmuruq. Çünki
birbaşa tabeçilik yox idi. Təsəvvür edin ki, mən buna nail ola bilmədim. Demək
istədiyim odur ki, bu cür, açıq görsənməsə də, pərdəarxası əməllərlə İsa Qəmbər
və onun yaxın ətrafı sayılan indiki demokrat bəylər, var gücləriylə o zaman
xalqın qurduğu hakimiyyəti və sevib-seçdiyi prezident Əbülfəz Elçibəyi gözdən
salmaq üçün əllərindən gələni etdilər. Amma indi hamısı bəyin şəklini
başlarının üstündən asıb, guya ona olan sevgilərini göstərmək istəyirlər. Eyni
zamanda da, elə bu adamların təklifi ilə Əbülfəz bəyin o boyda vəzifələrə təyin
etdiyi Surət Hüseynov bunlara düşmən kəsilmişdi. Nə isə, məsələ artıq bu şəkildə
Milli Məclisin qapalı iclasına çıxarılanda dedim ki, bəli, mən Şerbaka zəng
vurmuşam və ondan Vəng tərəfdə vəziyyətin sabitləşməsi üçün kömək istəmişəm. O
isə mənə telefonda dedi ki, cənab nazir, sizinkilər səni əzmək istəyirlər, sən
isə hələ ərazilər uğrunda döyüşürsən. Şerbak bir də təkrar elədi ki, onlar səni
məhv eləmək istəyirlər. Mən də cavabında ona dedim ki, cənab general, siz mənə
kömək edin, biz burda vəziyyəti düzəldək, öz əclaflarımızla nə etməyi özüm bilərəm.Təbii
ki, bizim aramızdakı söhbət rus dilində gedirdi. İndi deyəcəyim sözləri həmin
iclasda da dedim və burada da deyirəm. Əgər Şerbakla bu telefon danışığımdan
başqa bunların əllərində hər hansı bir sənəd və ya digər telefon danışığı
varsa, çıxarıb ortaya qoymasalar, onda belə adamların adını siz qoyun, yox əgər
belə bir sənəd ortaya çıxsa, Azərbaycan torpaqları uğrunda təmənnasız can
vermiş bütün şəhidlərin axan qanlarının günahları mənim boynuma gəlsin.
- Yaxşı, o qapalı dediyiniz
iclasda Sülhəddin Əkbərin dediyi o sənəd ortaya çıxmadımı?
- Heç
bir sənəd-filan çıxmadı, çıxa da bilməzdi. Çünki elə bir sənəd yoxdu axı. Bu
haqda ona görə danışıram ki, hər gün, hər vasitə ilə vəziyyəti gərginləşdirməyə
çalışırdılar. Elə həmin məclisin keçirildiyi gün, 17 fevral 1993-cü ildə,
üçüncü istefa ərizəmi verib vəzifədən getdim. İstefamı ayın 20-də qəbul etdilər.
Bundan sonra da başladılar Sürət Hüseynovu təqib eləməyə və mərdi qova-qova namərd
elədilər. İstefamdan bir həftə sonra Fərəc Quliyevi, o zaman mənim köməkçim
olan Arzu Səmədbəyli vasitəsiylə evimə dəvət elədim. Ona dedim ki, sən az-çox
Naxçıvan cəbhələrində döyüşmüsən, amma Surətin ətrafında da barıt iyi görmüş
xeyli adamlar var, həm də hazırda o zonada kifayət qədər nüfuz sahibidi, Allah
xatirinə gedin görüşün, dil tapın, belə bir məsuliyyətli zamanda ölkədə
qarşıdurma yaratmayın. İstefa verəndən sonra gedib oturmuşdum Şəkidə və o arada
eşitdim ki, Gəncədə qarşıdurma yaradırlar. Durub Mingəçevir yoluyla Gəncəyə gəldim.
Oradakı köhnə 23-cü diviziyanın qərərgahında Surət Hüseynov otururdu. Soruşdum
nə məsələdi? Dedilər ki, Pənah Hüseynov gəlib. Yol boyu fikir verdim ki, 23-cü
diviziyanın ətrafındakı binaların damına snayperlər yerləşdiriblər. Oradan
durub, Gəncənin Milli Təhlükəsizlik Nazirliyinə getdik, bəlli oldu ki, Pənah
Hüseynov Əbülfəz bəyin Gəncədə hərbi vəziyyət elan olunması barədə elan
olunmamış fərmanını gətirib. Gələndə gördüm ki, İxtiyar Şirinov da oradadı. Pənaha
dedim ki, Allah xatirinə, belə vəziyyətdə qarşıdurma yaradıb xalqı qana
aparmayın, o fərmanı da burada oxuma. Gedin ölkənin ziyalı və ağsaqqal
adamlardan bir neçəsini götürün gəlin və bu məsələni sakitliklə çözün, onsuz da
torpaq od içində alışıb yanır. Haqq üçünə deyim ki, orada Pənah məni dinlədi və
gedib İsmayıl Şıxlı, Tofiq Bağırov və digər bir neçə nəfərlə qayıtdı. Rəhmətlik
Nəcəf Nəcəfov da gəlmişdi. Onlar Surətlə bir yerdə Gəncənin İcra Hakimiyyətinə
getdilər, mən isə Nəcəf Nəcəfovla qaldım. Sonradan bildim ki, orada normal söhbət
olub, həm də o zaman Gəncədə Surətə heç kim heç nə deyə bilməzdi, çünki orada
böyük nüfuz sahibiydi və Gəncədə kifayət qədər tərəfdarları var idi. Bir yerdə
olduğumuz müddətdə mən bütün bu oyunları Nəcəf Nəcəfova danışdım. Onun gözü kəlləsinə
çıxdı və söz verdi ki, Bakıya gələn kimi bunların hamısını bəyə danışacaq. Biz
Nəcəflə söhbət edincə bunlar qayıtdılar və dedilər ki, barışma oldu. Öpüşmə,
qucaqlaşma başladı, İsgəndər Həmidovun ayağının altında qurban da kəsildi.
Sonra da söhbətin gedişində Surətlə İsgəndər qohum çıxdılar. Oradan da İsgəndərlə
Surət rəhmətlik Davud kişinin yanına getdilər.
- Davud kişi kimdi?
- Surətin
atası. Rəhmətlik onda xəstə idi. Mən də ordan Şəkiyə qayıtdım. Orada qərar
verildi ki, sabah gəlib həmin o tabe olmayan hərbi hissəni təhvil götürürlər.
Surət də dedi ki, heç bir problem yoxdu, mən gedirəm, amma tək bir şərtim var.
Mənim bəylə görüşümü təmin edin. Dedi ki, istəyirəm bəydən soruşum ki, nə günah
eləmişəm ki, məni xain elan ediblər. Bunlar da ona söz verdilər. Ardınca üç gün
Surət evdə oturub bunları gözlədi. Nə gəlib hərbi hissəni təhvil götürən oldu,
nə də Surətin bəylə görüş məsələsindən xəbər çıxdı. Hanı bu adamlar, indi
hardadılar. Kişidilərsə, gəlsinlər oturaq, bəlkə mən nəyisə düz demirəm, gəlsinlər
onlar düzünü desinlər. Görək xəyanət hardadı və bu xəyanəti kim edib? Bütün
hallarda cəmiyyətin də düşünməsi lazımdır, siz jurnalistlərin də bu məsələlərin
üstünə gedərək araşdırmanız lazımdı ki, görək bunların məqsədləri nə idi? O
zaman bu oyunların fonunda həm ölkənin içində, həm də cəbhə bölgələrində vəziyyət
hər gün gərginləşirdi. Onda mən Surətə dedim ki, bax, bu oyunların hamısı ona
görədir ki, Kəlbəcər getməlidir və onu sənin boynuna qoyacaqlar. Və həqiqətən də
o oyunların içində Kəlbəcər getdi. Bir düşünün, Kəlbəcərdəki güclər niyə gətirilib
Gəncəyə yerləşdirilmişdi, ətraf damlara snayperlər niyə qoyulmuşdu? Mən hesab
edirəm ki, artıq razılıq əldə olunmuşdu və Surətlə İsgəndər Davud dayının
yanına gedəndə, ordu Surətin oturduğu qərargaha getməliydi və təhvil-təslim
başlamalıydı. Artıq dediyim kimi bu mübahisə getdikcə qızışdı və axırı da gətirib
4 iyun hadisələrinə çıxardı. Indi daha aydın görsənir ki, bu məsələ ciddi şəkildə
hazırlanıb və mərhələ-mərhələ də həyata keçirilib.






































































































