"Sosial şəbəkələr zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların «oylağı»na çevrilib"

Hazırda oxunan: "Sosial şəbəkələr zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların «oylağı»na çevrilib"

271951
O mətbuata açıq adamdır. Bəli, ADAMdır! Tam ciddiyik, bəlkə də Azərbaycan jurnalistikasını bataqlıqdan xilas edən, onun möhkəm çiyinlərdə daşınmasını təmin edən və ayaq üstündə tutan səbəblərdən biri də Mətanət Ağamirli kimi peşəkar jurnalistlərin mövcudluğudur. Onunla hər şeydən danışmaq olar. Çünki müsahibənin özü də onun üçün məsuliyyətdir. O yenə iş başındadır…

Müsahibimiz tanmınmış teleaparıcı, Əməkdar jurnalist Mətanət Ağamirlidir.

DOSYE: Mətanət Ağamirli Ağdam rayonunda anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirib. 1993-ci ildən mətbuatdadır. Fəaliyyətinin ilk beş ilində müxtəlif qəzetlərdə – “Press Fakt” və “Gündəlik xəbərlər”, “Bizim Əsr” qəzetlərində çalışıb. 2000-ci ildən Lider Televiziyasındadır. “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24”, “Seçim” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı olub. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olub. Eyni zamanda YAP Qadınlar Şurasının nəşri olan “Zəriflik” jurnalının redaktoru olan müsahibimiz 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla “Əməkdar jurnalist” fəxri adna layiq görülüb.

İnandığım bir həqiqət var ki…

– İxtisasca politoloqsunuz. Siyasət meydanında «at oynadan» politoloqların çoxu qeyri-ixtisaslardan olanlardır. Niyə politoloq yox, jurnalist oldunuz?

– Məni bu sahəyə təsadüf gətirmədi. Jurnalist olmaq arzusu hələ erkən yaşlardaxa0 yarandı. Orta məktəbdə oxuduğum illərdə o zaman yeganə televiziya olan AZTV-ni izləyirdim. Həmin dövrün məşhur aparıcları, diktorları, onların arasında yaşayanlar da var, dünyasını dəyişənlər də, bizim üçün əlçatmaz idi. Onlar gerçəkdən korifeydirlər. Jurnalist sənətini seçməyimə görə həmin korifeylərə borcluyam. Yəqin jurnalistikaya bağlılığa görə politoloq olmağı heç düşünmədim. Açığını deyim ki, başqa sahələri düşünsəm də (gülür)xa0 politoloq olmağı heç arzulamadım… Amma inandığım bir həqiqət var: insan bir şeyi ürəkdən istəyərsə, Tanrı mütləq onu ona qismət edir! Orta məktəbin təqribən beşinci sinifində artıq mən öz niyyətimi aydınlaşdırmışdım və sonradan həmin «mənzilə» doğru yürüməyə başladım.

– Beşinci sinifdə oxuyanda jurnalist olmaq qərarı verdiyinizi söylədiniz. Lakin qarşıda məktəbli arzularını «puç edəcək» acı reallıqlar var idi. Nə vaxtsa düşünmüsünüz ki, kaş jurnalist olmazdım. Seçiminizə peşman olduğunuz anlar oldumu?

xa0– Mən o zaman jurnalistikaya gələndə qadınların sayı indiki qədər dəxa0 çox deyildi. Məni bu sahəyəxa0 daxili istək gətirdi. Daxili istək isə insanın qərarlarına təsir edir. Mənim üçün ən önəmlisi jurnalist olaraq özümü təsdiq etmək idi. Qısası mən bu sahəyə keçici bir mərhələ, tramplin kimi baxmadım… təbii ki, zaman-zaman mənə də müxtəlif iş təklifləri olub. Amma özümüxa0 başqa sahədə təsəvvür etmədim… Seçimim üçün heç vaxt peşman olmadım, əksinə hər an sevə-sevə çalışdım. Bir nüansı da vurğulamaq istərdim. Bu sahəyə ayaq açdığım ilk gündən ancaq və ancaq mənə dəstək olan, yol göstərən insanlarla rastlaşdım. Daxili gözəl insanlar da mənə bu sahəni daha da sevdirdi.xa0 xa0Məncə bu da Tanrının bir lütfüydü mənə.

Sosial media cəmiyyətimizi korlayır…

– Qabaqlar TV-lər medianın qalxanı idi. Qəzetlər, jurnallar TV-lərin yedəyində gedirdi. Son illər isə sosial media TV-lərlə açıq rəqabətdədir. Sizcə, bu rəqabət yekunda kimin xeyrinə bitəcək?

– Hesab edirəm ki, sosial media ilə TV-lərin fəaliyyətini eyniləşdirmək, müqayisə etmək doğru deyil. Düzdür, etiraf etmək lazımdır ki, sosial media son illər xüsusi populyarlıq qazanıb. Amma gerçəklik bu ki, sosial media televiziyalar kimi, heç zaman səhih mənbə olmayacaq. Ən azı ortada ciddi peşəkarlıq fərqi var. Xalq jurnalistikasının geniş vüsət aldığı bir dövrdə hər kəsin sosial mediada hesabı və səhifələri ola bilər. Lakin onlar peşəkarlıq, məsələyə peşəkar yanaşma baxımından nəinki TV-lər, digər mətbuat orqanları ilə də müqayisə oluna bilməzlər. Əgər yalnız orta məktəbi bitirən, digər sahələrdə uğur qazanmayan insanlar özlərinə sayt yaradıb, adını baş redaktor qoyub, sosial şəbəkələrdə paylaşımlar hesabına «media kapitanı» olduğu iddia edirsə, hansı peşəkarlıqdan danışmaq olar. Sosial media bundan da artıqxa0 populyarlıq qazana bilər.xa0 Ancaq bu o demək deyilxa0 ki, onlar TV-lər və peşəkar mətbuat orqanlarına rəqib olacaqlar. Çox təəssüf ki, sosial mediada qlobal miqyasda gedən deqredasiya sosial şəbəkələrdə özünü daha qabarıq göstərir. Bu gün sosial şəbəkələr söyüşün, təhqirin, zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların, səviyyəsiz-bəsit dialoqların «oylağı»na çevrilib. Bəzən mənə elə elə gəlir ki, bu halların bizim milli-mənəvi dəyərlərimizi təhlükə altına aldığının fərqində belə deyilik…

xa0– Mətbuatın durumundan danışdınız. Qeyd edirsiniz ki, təsadüfi adamlar çoxdur. Bəlkə bu məqamda digər sahələrə üz tutmaq zərurəti ortaya çıxır? Həmkarlarınızdan mətbuat katibi gedənlər də az deyil…

– Bu günlərdə illərdir birlikdə çalışdığımız həmkarım Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri təyin olundu. Digər dostlarımız arasında da mətbuat katibi təyin olunanlar az deyil. Fürsətdən istifadə edib, onların hər birini təbrik edirəm! Sevindirici haldır ki, artıq dövlət və özəl qurumlarda işini bilən peşəkarlar, həmkarlarımız irəli çəkilir. Buna qədər mətbuata məsul şəxslərin əksəriyyəti bu sahədən uzaq adamlar idi. Mənim hansısa qurumda mətbuat katibi olmaq kimi iddiam yoxdur. Mən mətbuat katibi ilə müqayisədə TV fəaliyyətimdə özümü daha azad hiss edirəm.

Prezident dedi ki, mən sizi tanıyıram, yaxşı proqramlar aparırsınız…

– Jurnalistlər üçün inşa olunan binanın açılışı zamanı gördük ki, Prezident sizi tanıdığını dedi. Necə hisslər idi?

– Yəqin siz də şahidi olmusunuz ki, təkcə mənə yox, digər aparıcılara qarşı da oxşar fikirlər səslənib dəfələrlə. Bu isə o deməkdir ki, cənab Prezident İlham Əliyev özü şəxsən televiziyaları, proqramları izləyir.

Jurnalistlər üçün inşa olunan binanın açılışı zamanı mənə sizixa0 tanıyıram, yaxşı proqramlar aparırsınız dedi. Çoxxa0 gözəl bir hiss… Məncə Prezidentin hər hansı aparıcını tanıması həm çox xoşdur, həm də bizim üçün böyük məsuliyyətdir. Əgər yaşadığın dövlətin birinci şəxsi səni tanıyır və fəaliyyətini müəyyən qədər izləyirsə, qiymətləndirirsə, demək ki, fəaliyyətin görünür, müşahidə olunur. Biz hamımız illərdir dövlət başçısının jurnalistlərə olan qayğısını, diqqətini izləyirik. Əlbəttə,xa0 sevindiricidir ki, mən də bu diqqətdən kənarda qalmamışam. Dövlət başçısının sərəncamı ilə fəxri ada layiq görülmək, jurnalistlər üçün inşa olunan binada evlə təmin olunmaq məncə hər bir həmkarım üçün böyük etimaddır. Yeri gəlmişkən, jurnalistlərə göstərilənxa0 münasibətinə görə mən bir dahaxa0 Cənab Prezidentə öz təşəkkürümü bildirirəm.

– 20 ilə yaxındır Lider TV-də çalışırsınız. Bir kollektivdə bu qədər çalışmaq darıxdırıcı deyil ki?

– Doğru, bəzən darıxdırıcı da olur. Amma deyəsən mən stabillliyə daha çox önəm verirəm. Tez-tez iş yeri dəyişməyi sevmirəm. Bu bir az da şəxsi xarakterdən irəli gəlir yəqin ki. Amma bu o anlama gəlmir ki, mən heç zaman iş yerimi dəyişməyəcəm. Nə bilmək olar?.. Məncəxa0 bir az qismət məsələsi də var. Adətən çalışıram ki, öz işimlə məşğul olum. Lider TV-də işləmək üçün çox normalxa0 mühit var. İndiyə qədər Lider TV-yə gəlib-gedən, zaman-zaman çalışanxa0 dostlarımızdan soruşsanız, onlar da etiraf edəcək ki, tv məkanda ən doğma münasibət məhz «Lider»də olub. Yarandığı gündən «Lider»dəyəm.xa0 Başım çəkilişlərə, proqramlara, işə o qədər qarışdı ki, 20 ilin necə sürətlə keçdiyini belə hiss etmədim.

Gənclərə məsləhət vermək yox, onlara nümunə olmaq lazımdır

– Bayaq dediniz ki, mətbuat katibi olmaq istəmirsiniz. Başqa yerdə özünüzü görmürsünüz, yoxsa bu yalnız mətbuat katibliyinə aiddir? Misal üçün niyə öz televiziyanız olmasın?

– (Gülür.) Mən demədim ki, özümü başqa sahədə təsəvvür etmirəm. Bayaq sadəcə mətbuat katibi kimi fəaliyyət göstərməyi nəzərdə tuturdum. Əlbəttə, arzusuz insan olmaz ki. Şərait yaranarsa, niyə mənim öz televiziyam olmasın?! Həyat çox qısadır. Gözümüzü açıb-yumub görürük ki, artıq 25 il keçib. Ən böyük arzum işğaldan azad olunanxa0 Qarabağda quruculuq işlərində iştirak etməkdir. Çox istərdim ki, Qarabağ işğaldan azad edilsin və mən doğulduğum bölgədə televiziya yaradım, quruculuq prosesində iştirak edim. Qarabağda media qurumu yaratmaq arzusundayam. Kaş ki, arzu olaraq qalmasın…

xa0– Son sualımız: Mətanət Ağamirli üçün «uğur formulu» nədir. Gənclərə nə tövsiyyə vermək istərdiniz?

– Gənclərə hansısa məsləhət vermək lazım deyil. Gənclərə nümunə olmağı bacarmaq lazımdır. Hər kəs hansı addım atmağın ona faydalı olduğunu gözəl bilir. Mənə görə «uğur formulu»nu insanın niyyəti və əməli müəyyən edir. Əgər sən əhatəndə olanlara qarşı ədalətli, mehriban, səmimi davranırsansa bu artıq nümunədir. Sadəcə gənclərə demək istərdimxa0 ki, müsbətlərə köklənsinlər, yaxşı nümunələrdən faydalansınlar. Misal üçün sosial şəbəkələrdə vaxtını hansısa qeyri-ciddi müzakirələrdə yox, onlara və mənsub olduğu toplumaxa0 faydalı olacaq müzakirələrlə keçirsinlər. Ən qiymətli sərvətimiz İlahidənxa0 bizə verilən zamandır – ömürdür. Yeniyetmələırin, gənclərin daha mükəmməl yetişməsi üçün günümüzdə daha geniş imkanlar var. İstərdim ki, gənclər zamanı boşluğa yox, uğurları daha erkən qazanmağa xərcləsinlər. Müdrik kəlamlardan birində deyildiyi kimi, “zamanı dayandırmaq bilmir, onu idarə etmək və müvəffəqiyyət qazanmaq hər kəsin öz əlindədir.” (sosium.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO