“Siyasi rəhbərlik hər şeydən öncə psixoloji olaraq islahatlar keçirməyə hazır deyil”x9d
“Turan”x9d İnformasiya Agentliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
-Mehman bəy, son vaxtlar İnzibati Xətalar Məcəlləsinə
çoxsaylı dəyişikliklər edilməkdədir və bütün bu dəyişikliklərin əksəriyyəti
müxtəlif məsələlərlə bağlı cərimələrin artırılmasını nəzərdə tutur. Sizcə cərimələrin
on dəfələrlə artırılması nə ilə bağlıdır?
-Hesab edirəm ki, baş verənlər
manatın devalvasiyası ilə bağlıdır. Yəni qarşıdakı günlərdə manatın
devalvasiyası gözlənilir. Bütün bu cərimələrin artırılması devalvasiya
hazırlığı kimi qiymətləndirilməlidir. Yəni hakimiyyət əvvəlcədən belə bir addım
atır ki, sabah manatın növbəti devalvasiyası baş verəndə cərimələr normal bir səviyyədə
qərarlaşsın.
-Necə hesab edirsiniz, sizcə onsuz da ağır vəziyyətdə
yaşayan xalq bu cərimələri qarşılamaq iqtidarındadırmı? Bu yolla dövlət büdcəsini
doldurmaq, devalvasiyanın nəticələrini qismən də olsa azaltmaq mümkün olacaqmı?
-Əlbəttə ki, bununla nəyəsə
nail olmaq mümkün deyil. Məsələ bundadır ki, biz bir il, hətta bir ildən də çox
vaxt itirdik. Çünki neftin qiyməti aşağı düşəndən biz hərəkə keçməli, ortaya
formaaşan yeni situasiya ilə bağlı yeni bir strategiya qoymalı idi. Hakimiyyətin
“Azərbaycan-2020-ci il”x9d strategiyası iflasa uğrayıb. Bu strategiyaya yenidən
baxılmalı idi. Lakin hökumət bu yeni vəziyyətlə bağlı ortaya böhran proqramı
çıxartmadı. İndi isə problemi inzibati, administrativ üsullarla aradan
qaldırmağa çalışırlar ki, bu yolla nəyəsə nail olmaq mümkün deyil. Məsələn, son
vaxtlar yol polisləri ilə bağlı maraqlı bir tendensiya müşahidə edilməkdədir.
Əvəllər yol polisi küçələrdə o qədər də çox görünmürdü. Indi isə hər tində, hər
dalanda yol polislərini görmək mümkündür. Onlar mümkün qədər çox vətəndaşı cərimələməyə
çalışır. Onların vətəndaşların mümkün qədər çox cərimələməsində maraqları da
var. Çünki bundan həm onlara faiz gəlir, həm də dövlət büdcəsinə vəsait axır.
Bu tendensiya şəhərin mərkəzində müşahidə edilir və açıq şəkildə diqqət çəkir. Bu
yolla isə nəyəsə nail olmaq, hansısa uğur əldə etmək mümkün deyil.
-Sizcə mövcud vəziyyət təcili və əsaslı islahatar
aparmağı zəruri etmirmi?
-Təbii ki, islahatlar
proqramı hazırlanmalı və ortalığa qoyulmalıdır. Ola bilsin ki, hakimiyyət bu
gün möcüzəyə ümid edir. Hesab edir ki, birdən-birə nə isə dəyişəcək. Birdən-birə
neftin qiyməti qalxacaq və ya nə isə başqa bir şey olacaq. Hakimiyyət vəziyyətin
ağırlığını görsə də, islahatlara getmək istəmir. Mən deyərdim ki, ilk öncə
psixoloji olaraq hakimiyyət islahatlara hazır deyil.
-Mehman bəy, dünya bazarında neftin qiyməti düşməkdə
davam edir. Sizcə məlum tendensiyanın bu şəkildə davam etməsi ölkədə iqtisadi-sosial
vəziyyəti gərginləşdirməklə yanaşı, vətəndaşların daha ciddi narazılığına səbəb
olacaqmı?
-Əlbəttə olacaq.
İnsanların dözümü də bir yerə qədərdir. Insanlar özlərini, ailələrini
dolandırmalı, onların ehtiyaclarını təmin etməlidir. Neftin qiymətinin aşağı
düşməsi insanların yaşam səviyyəsini daha da aşağı salacaq ki, bu da onların
narazılığını artıracaq. Bu mümkün deyil ki, siz insanların həyatını
ağırlaşdırasınız, onlar da susub qalsınlar. Varlı adamlar öz bağlarında,
villalarında, malikanələrində əyləşiblər. Onlar özlərini xalqdan o qədər ayrı
salıblar ki, xalqın, sadə vətəndaşların ağrılarını, problemlərini duya bilmirlər.
Onlar özləri üçün ayrıca bir dünya yaradıblar və bu dünyada yaşayırlar. Buna
görə də xalqın problemlərini anlamırlar. Hesab edirəm ki, xalqın durumunun pisləşməsi
davam edərsə, o zaman narazılıq da buna müvafiq şəkildə artacaq. Nardaran hadisələri,
orada baş verən olaylar bu problemin indikatoru, göstəricisidir. Nardaran hadisələri
göstərdi ki, artıq belə bir problem var və öz həllini gözləyir.
-Sizcə müxalifət baş verən hadisələrdən hakimiyyətin
ifşası, geniş xalq kütlələri qarşısında nüfuz qazanmaq məqsədi ilə istifadə
edirmi və ya etməlidirmi?
-Mənə elə gəlir ki,
müxalifət o qədər də bu proseslərdən yararlanmır. Ölkədə sosial-iqtisadi gərginlik
getdikcə artır. Bu isə toplumun, geniş xalq kütlələrinin maraqlarına toxunur.
Belə olarsa, o zaman iqtidar-müxalifət problemi deyil, xalq-hakimiyyət problemi
meydana çıxacaq. Belə olan halda isə müxalifətin hakimiyyət-xalq münasibətlərində
hansısa qıcıqlandırıcı mövqe tutmasına ehtiyac yoxdur. Bu proses onsuz da
gedir. Müxalifət müxalifət olaraq öz proqramını, öz təkliflərini ortaya
qoymalıdır. Müxalifət anti-böhran proqramını ortaya qoymalı, bu istiqamətdə
ciddi iş aparmalıdır. Xalqa artenativ olaraq çıxış yolları göstərməli, təkliflər
səsləndirməlidir.
-Bu günlərdə MTN ləğv edildi və onun bazası əsasında
iki xidmət sahəsi yaradıldı. Sizcə Azərbaycn kimi kiçik bir dövlətdə çoxlu
sayda nazirliklərin, komitələrin, xidmətlərin yaradılması nə dərəcədə məqsədəuyğundur?
-Məsələ ondadır ki, qeyd
etdiyiniz kimi, Azərbaycan kiçik bir dövlətdir. Bu səbəbdən burada ilk növbədə
generalların sayının azaldılmasına ehtiyac var. Hüquq-mühafizə orqanlarına məxsus
ordunu da kiçiltmək, onların sayını azaltmaq lazımdır. Amma ayrı-ayrı
orqanların yaradılması isə normaldır. Çünki belə olanda cinayətkarlardan ibarət
böyük bri təbəqənin formalaşması ehtimalı az olur. Səudiyyə Ərəbistanı elə də
böyük dövlət deyil. Biz Məkkədə olarkən
bu ölkənin təhlükəsizlik sistemi ilə tanış olurduq. Orada şübhəli şəxslərin şəkli
çəkilir və bu şəkil 12 müxtəlif nazirliyə göndərilirdi. Bir informasiya 12
nazirlik tərəfindən təhlil edilirdi. Səudiyyə Ərəbistanı elə də böyük dövlət
olmasa da, onda bu cür etibarlı təhlükəsizlik sistemi var. Bu baxımdan hesab
edirəm ki, MTN-lə bağlı məlum dəyişiklik normaldır.
-Mehman bəy, 2016-cı illə bağlı gözləntiləriniz nədən
ibarətdir? Sizcə demokratiya və insan haqları ilə bağlı vəziyyətin qismən də
olsa yaxşılaşmasına şahid olmaq mümkün olacaqmı?
-Nə vaxt ki, bizim neft
ölkəsi kimi stausumuz arxa plana keçəcək, demokratiya bizə bir qədər də
yaxınlaşacaq. 90-cı illərin təcrübəsi də göstərir ki, bizdə neft az olanda
demokratiya daha çox olur. Dünya dövlətlərinin timsalında da belə təcrübə var.
Harda ki, neft yoxdur, orada demokratiya daha çoxdur.
Seymur Əliyev






































































































