Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Hazırda oxunan: Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

627736

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Udmurtiya Respublikasında yerləşən neft bazasına hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məlumat verib.

Onun sözlərinə görə, artıq bir neçə saatdır ki, respublika ərazisində "Təhlükəli səma" siqnalı qüvvədədir.

"Hazırda hava hücumundan müdafiə qüvvələri və vasitələri son dövrlərin Udmurtiya obyektlərinə qarşı ən kütləvi hücumunu dəf edir", – deyə Breçalov bildirib.
 

Məlumata görə, Sarapul şəhərində Wildberries şirkətinin iri logistika kompleksinin əməkdaşları təxliyə olunub. Bildirilir ki, anbarın özünə ziyan dəyməyib.


İjevsk şəhərində isə şəhər avtobuslarının hərəkəti müvəqqəti dayandırılıb, yerli hava limanında təyyarələrin qəbulu və yola salınmasına xüsusi məhdudiyyətlər tətbiq edilib.

Ukraynanın monitorinq kanalları PUA-ların Borok qəsəbəsində yerləşən, Rosrezerv strukturuna daxil olan "Qorizont" kombinatını hədəf aldığını iddia edir. Həmin ərazidə neft bazasının da yerləşdiyi bildirilir.

Qeyd edək ki, hücumun baş verdiyi ərazi Ukrayna sərhədindən təxminən 2500 kilometr uzaqlıqda yerləşir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO