Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

Hazırda oxunan: Azərbaycanda saxlanılan mafiya lideri Şri-Lankaya ekstradisiya olundu - VİDEO

612482

“Batuwatte Chamara” ləqəbi ilə tanınan mütəşəkkil mafiya lideri Manoj Suranqa Azərbaycanda saxlanılandan sonra ötən gecə Şri-Lankaya aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “newswire.lk” saytı məlumat yayıb.

Qeyd olunub ki, o, mayın 7-də əməliyyat üçün ölkədən ayrılan Şri-Lanka polis qrupunun müşayiəti ilə Hindistan üzərindən adaya aparılıb.
 

Şri-Lankanın Dövlət Kəşfiyyat Xidmətinin məlumatına görə, əməliyyat DKX və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.


Əsl adı Liyanaqe Manoj Suranqa olan şübhəli Azərbaycan ərazisində mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılıb.

Əməliyyatdan sonra Şri-Lanka Polisi vasitəsilə onun 2026-cı il mayın 10-na keçən gecə ölkəyə qaytarılması təşkil olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO