
- A-
- A
- A+
Edqar Kazaryan: “Savaşda zabit heyətinin 25 faizi məhv edilib” - VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyanın siyasəti ucbatından Ermənistan ordusunun itkisi 4 milyard dollar təşkil edib.
Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib.
O, 44 günlük müharibə zamanı erməni ordusunun zabit heyətinin 25%-nin məhv edildiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Erməni komandir: “Təslim olmaq üçün azərbaycanlılar bizə 20 dəqiqə vaxt verdilər” – İRƏVANDA mühakimə olunur
“Heç kim buna görə heç bir məsuliyyət daşımayıb. Buna rəğmən hökumət başçısının fəaliyyətinə insanlar haqq qazandırırlar. Ondan heç kim heç nə tələb etmir”, - deyə Kazaryan bildirib.
Edqar Kazaryan 4 milyard itkilərinin olduğunu açıqlasa da, bəzi mənbələrdə bu rəqəmin daha yüksək olduğu bildirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































