Braziliya - Argentina oyunu təxirə salındı - VİDEO

Braziliya - Argentina oyunu təxirə salındı - VİDEO

Hazırda oxunan: Braziliya - Argentina oyunu təxirə salındı - VİDEO
35691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DÇ-2022-nin seçmə mərhələsində Braziliya Argentina yığmasını qəbul edib.

Bizim.Media xəbər verir ki, oyunun başlanmasından dörd dəqiqə sonra matç dayandırlıb - 0:0. 

Meydana Braziliya Milli Sağlamlıq Nəzarət Agentliyinin əməkdaşları və polislər daxil olub.

Onların məlumatına görə, Argentina yığmasının dörd futbolçusu karantin rejimini pozaraq ölkəyə daxil olublar.
 

Bunlar, Emiliano Martines, Emiliano Buendia (hər iki futbolçu  “Aston Villa”da oynayır), Covanni Lo Çelso, Kristian Romero ( hər iki futbolçu “Tottenhem”də çıxış edir)


Böyük Britaniyadan Braziliyaya gələnlər 14 gün karantində olmalıdırlar.

Məlumata görə, adı qeyd olunan futbolçular karantin rejimini pozublar. Qeyd olunur ki, Argentina yığmasının futbolçuları meydanı tərk ediblər.

Nəticədə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina oyunu təxirə salınıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO