
- A-
- A
- A+
Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, 24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsinin cavab matçının iştirakçısı olub.
O, Çexiya “Slaviya”sı ilə ev qarşılaşmasına start heyətində başlayıb. Səfərdəki oyunda (2:2) komandasının ilk qoluna imza atan Mahir bu dəfə də fərqlənib.
Hesabi ilk yarının sonlarında Çexiya təmsilçisi açıb. Hücumçumuz 59-cu dəqiqədə hesabda tarazlıq yaradıb. 11 dəqiqə sonra Emreli dublunu rəsmiləşdirərək komandasını hesabda önə çıxarıb. O, görüşün 80-ci dəqiqəsində əvəzlənib.
Bu qələbə “Legiya”nı Avropa Liqasının qrup mərhələsinə daşıyıb. “Slaviya” isə Konfrans Liqasının qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin püşkü sabah atılacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































