Azərbaycan filmindəki səhnə dünya trendinə çevrildi - VİDEO 

Azərbaycan filmindəki səhnə dünya trendinə çevrildi - VİDEO 

Hazırda oxunan: Azərbaycan filmindəki səhnə dünya trendinə çevrildi - VİDEO 
30137
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlk dəfə 2017-ci ildə ekranlara gələn "Kəklikotu” filminin səhnələrindən biri trendə çevrilib. 

Bizim.Media xəbər verir ki, ekran işinin gülməli səhnələrindən birində filmin aktyoru Əlixan Rəcəbov "Çelovek pauk gəldi” ifadəsini səsləndirərək əlindəki silahla müəyyən hərəkətlər edir. 

Videoblogerin bu sözləri deyərkən etdiyi qəribə hərəkəti trendə çevrilib. Xarici "Tik-tok” istifadəçiləri və blogerlər aktyoru parodiya edərək yerli mahnının sədaları altında video lentə alıblar. 

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub. Video böyük izləyici kütləsi olan səhifələrdə paylaşılaraq trendə çevrilib. 

Qeyd edək ki, komediya və macəra janrında lentə alınan "Kəklikotu” tammetrajlı bədii filminin rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadədir. 

Ekran işində rolları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov kimi aktyorlar, Aqil M.Quliyev və Nigar Camal kimi tanınmışlar canlandırıblar. (Baku.ws)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO