Günnüt əməliyyatının ildönümü keçirildi - VİDEO

Günnüt əməliyyatının ildönümü keçirildi - VİDEO

Hazırda oxunan: Günnüt əməliyyatının ildönümü keçirildi - VİDEO
21660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda Ordumuzun təlimləri davam edir - VİDEO


Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov çıxışlarında ordumuzun qüdrətindən və Günnüt əməliyyatının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan stareji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi.

Beləliklə döyüş meydanında təcürbə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.

Uğurlu Günnüt əməliyyatının igid hərbi qulluqçularının da iştirak etdiyi tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər vətənpərvərlik ruhunda şeirləri bədii qiraət ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO