Göyçayda ikimərtəbəli ev YANDI - VİDEO 

Göyçayda ikimərtəbəli ev YANDI - VİDEO 

Hazırda oxunan: Göyçayda ikimərtəbəli ev YANDI - VİDEO 

176019

Göyçayda baş verən yanğında ev yiyəsinə külli miqdarda ziyan dəyib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın zamanı Məlikkənd kənd sakini Abdullayev Şamil Paşa oğluna məxsus ikimərtəbəli ümümi sahəsi 200 kv metr olan evin 140 kv metr hissəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə yanğın elektrik naqillərində yaranan qısaqapanmadan qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.
 


Bizim.Media, Aran bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO