Dünyada bir ilk! - Meymun bunu beyin gücü ilə etdi - VİDEO

Hazırda oxunan: Dünyada bir ilk! - Meymun bunu beyin gücü ilə etdi - VİDEO

17323

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask vəd etdiyi kimi 1 ay sonra “xoşbəxt meymun”un video görüntülərini ictimaiyyətə təqdim edib. 


Bizim.Media xarici mətbuata istinadən xəbər veriri ki, Mask tərəfindən maliyyələşdirilən “Neuralink” startapı meymunun beyninə düşüncə gücü ilə video oyun oynamağa imkan verən çip yerləşdirib. 

Oyun jostikinə toxunmadan beyin gücü ilə intellektual pinq-ponq oynayan meymunu həvəsləndirmək üçün  ona banan smuzisi təklif olunub.

Əldə edilən məlumatlar nəticəsində alqoritm yaradılıb və sinir fəaliyyətinin riyazi modeli qurulub. 

Çiplərdən alınan məlumatların meymunun hərəkətlərini real vaxtda proqnozlaşdırmağa imkan verdiyi bildirilib.

Videoda meymunun oyundan ayrıldıqdan sonra da beyin siqnallarının hərəkətlərini idarə etdiyi görünür. Oyundan jostik yığışdırıldıqdan sonra da meymunun öz smuzisini almaq üçün oyuna davam etdiyi əks olunur. Heyvan ekrana baxır, aşağı, yuxarı hərəkətlər barədə düşünməyə davam edir. Bu zaman beyinə ötürülən siqnallar alqoritm tərəfindən oxunur. Oyun heç bir mexaniki nəzarət olmadan pinq-ponq oyununu sona qədər davam etdirir və bir top da olsun buraxmır.

Qeyd edək ki, “Beyin-kompüter” interfeysi üzərində işləyən “Neuralink” startapı 2016-cı ildə qurulub.

İndiyədək şirkət 158 milyon dollar sərmayə cəlb edib, bunun 100 milyon dolları Mask tərəfindən təqdim olunub. Texnologiyanın əsas məqsədi beyin və onurğa beyni travmalarının nəticələrini aradan qaldırmaq və itirilmiş qabiliyyətləri implant edilmiş çipin köməyi ilə bərpa etməkdir. 

İlon Mask "Twitter" hesabında paylaşım edərək bildirib ki, bu kəşf əlillər üçün kompensasiya proqramlarının hazırlanması üçün çox vacibdir.

Beyin travmaları almış insanlar sadəcə əllərini hərəkət etdirərək beyin gücü sayəsində kompüter və telefondan istifadə edə biləcəklər.

 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO