II Yekaterinanı mədh edən ən qədim KİTABIMIZ 

II Yekaterinanı mədh edən ən qədim KİTABIMIZ 

Hazırda oxunan: II Yekaterinanı mədh edən ən qədim KİTABIMIZ 

71827

Azərbaycandakı ən qədim kitab M.F Axundov adına Milli Kitabxanada saxlanılır. 

Bu barədə Bizim.Media-ya məlumat verən kitabxananın “Nadir Kitablar və Kitabxana muzeyi” şöbəsinin müdiri Gülsəidə Abdullayeva bildirib ki, Azərbaycanda saxlanılan ən qədim kitab 1573-cü ildə latın əlifbası ilə çap olunmuş “Hommerlə Hesiodun mübahisəsi” adlanır. Kitab Avropa nəşridir.

Azərbaycan dilində ən qədim kitab 1779-cu ildə Rusiyada çıxan “Qanuni-Cədid” yəni Qanunlar Toplusu anlamına gələn kitabdır:
“Kitabın məzmunu Rusiya çarı II Yekaterinanın şəninə söylənilən fikirlərlə başlayır və Rusiya imperiyasının vilayətlərdə hüquq normalarını təsbit edən bir topludur. Yəni, məzmunca kitab Rusiya İmperiyasının maraqlarına xidmət edən bir kitab olub. O Azərbaycan dilində ərəb əlifbasında Rusiyada çap olunub”.

Kitabxana muzeyinin rəhbəri Milli Kitabxanada klassiklərimizdən Mirzə Fətəli Axundovun və Abbasqulu Ağa Bakıxanovun sağlığında nəşr olunmuş kitabların da  saxlanıldığını vurğulayıb.

“1831-ci ildə Bakxanovun fars və rus dillərində “Qanuni-Qüds” əsəri çap olunub. Axundovun təmsilatı isə 1860-cı ildə ərəb qrafikasında Azərbaycan dilində nəşr olunub.

Latın qrafikası ilə Azərbaycan dilində kitabların çapına gəlincə isə 1926-cı ildə Türkoloji qurultay nəzərə aldı ki, ərəb əlifbası ləğv olunsun və nəşriyyatlarda həm ərəb, həm də latın qrafikası ilə kitablar çap olunmağa başladı. 1929-cu ildən isə Azərbaycanda sırf latın dilində kitablar çap olundu. Muzeyimiz həmin illərin kitabları ilə zəngindir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO