Rus dramasında “Stalin” tamaşasına qadağa qoyuldu – Yazıçı Elçindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Rus dramasında “Stalin” tamaşasına qadağa qoyuldu – Yazıçı Elçindən ÖZƏL AÇIQLAMA

55393

Ötən günlərdə premyerası keçirilən, dram əsərinin müəllifiliyi Xalq yazıçısı Elçin Əfəndiyevə aid olan, “Stalin” tamaşası Rus Dram Teatrının səhnəsindən yığışdırılıb.

Tamaşanın növbəti nümayişi yanvarın 15-də keçirilməliydi. Bilet alaraq səbrsizliklə tamaşanı izləyəcəyini gözləyən teatr sevərlər üçün bu xəbər çox üzücü olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, tamaşanın nümayişinin qadağan edilməsi teatr truppasında bir neçə aktyorun COVİD-19 virusuna yoluxması ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“İSKƏNDƏRə yeni NAMƏ” “Azdrama”nın səhnəsində oynanıldı - VİDEO


Məsələni aydınlaşdırmaq üçün Xalq yazıçısı Elçin Əfəndiyevlə əlaqə saxladıq. O, məlumatı təsdiqləyib:

“Sabahkı tamaşanın 3 aktyoru COVİD-19 a yoluxub. Ona görə də tamaşanın vaxtı təxirə salınıb. Bu haqda teatr tərəfindən ictimaiyyətə məlumat veriləcək”.

Daha sonra Rus Dram Teatrı ilə əlaqə saxladıq. Zəngimizi cavablayan teatr işçisi açıqlamasında xəbəri təsdiqləsə də, səbəbi gizlətməyə çalışıb:

“Bəli, teatr bağlıdır. Tamaşalar keçirilməyəcək. Alınmış biletlər “Mall’da yerləşən bilet məntəqəsində qaytarıla bilər. Online alanlar isə “İtciket” veb-səhifəsindəki əlaqə nömrələrinə müraciət etsinlər. Bağlı olma səbəbi haqqında isə məlumatım yoxdur”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO