“İSKƏNDƏRə yeni NAMƏ” “Azdrama”nın səhnəsində oynanıldı - VİDEO

Hazırda oxunan: “İSKƏNDƏRə yeni NAMƏ” “Azdrama”nın səhnəsində oynanıldı - VİDEO

52322

Dekabrın 23 Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi İli” çərçivəsində hazırlanmış “İskəndərə yeni namə” tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. 

Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. 

Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artistlər Şövqi Hüseynov (Xızır), Elşən Rüstəmov (Əflatun), Kəmalə Müzəffər (yaşlı Rövşənək), İlqar Cahangir (İsgəndərus), aktyorlar Ziya Ağa (İsgəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon) və Sənan Kazımlı (Vəliəhd Sokrat) rol alıblar. 

“İskəndərə yeni namə” layihəsi Nizami irsinin teatr sənəti vasitəsilə daha cox tamaşacı kütləsinə catacagını hədəfləyir.

Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır.

Həmin tamaşadan hazırladığımız video süjetimizi təqdim edirik:

Şahnaz, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO