Çimnaz Sultanova doğum günündə dünyasını dəyişib - TƏFƏRRÜAT

Çimnaz Sultanova doğum günündə dünyasını dəyişib - TƏFƏRRÜAT

Hazırda oxunan: Çimnaz Sultanova doğum günündə dünyasını dəyişib - TƏFƏRRÜAT
230190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova vəfat edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, aktrisa uzun müddətdir bağırsaq xərçəngindən əziyyət çəkib və Milli Onkologiya Mərkəzində müalicə alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Çimnaz Sultanova VƏFAT ETDİ


Aktrisaya yaxın olan sənət dostları onun bir neçə aydır yaxınları, sənət yoldaşları ilə əlaqə yaratmadığını bildiriblər.

Xəstəliyini hamıdan gizlədən aktrisanın bu gün həm də doğum günüdür, onun 43 yaşı tamam olur. Aktrisa muxtəlif obrazlarla bərabər özünəməxsus açıqlama və fotoları ilə yadda qalıb.

O, “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.

Bizim.Media-ya açıqlamasında "Vicdan haqqı" serialının rejissoru Rövşən İsax aktrisanın ölümündən xəbərsiz olduğunu deyib.

"Vicdan haqqı"nın Larisası mətbuata açıqlamasında bir oğlunun olduğunu və xaricdə yaşadığını bildirib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO