Azərbaycan filmi dünyanın ən məşhur kinofestivalında iştirak edəcək - VİDEO

Azərbaycan filmi dünyanın ən məşhur kinofestivalında iştirak edəcək - VİDEO

Hazırda oxunan: Azərbaycan filmi dünyanın ən məşhur kinofestivalında iştirak edəcək - VİDEO

18085

Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sonuncu” adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.

Bakı Media Mərkəzi PR və media ilə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, kinorejissor Fariz Əhmədovun “Sonuncu” sənədli filmi Festivalın “Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü.

Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır.

Son nəfəsini də adada alır… Elə kamera qarşısında. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. “A” kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.

2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. “Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.

Bizim.Media 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO