Xalq artistindən həmkarına İRAD – “Hər kəs öz tərbiyəsini göstərir”

Xalq artistindən həmkarına İRAD – “Hər kəs öz tərbiyəsini göstərir”

Hazırda oxunan: Xalq artistindən həmkarına İRAD – “Hər kəs öz tərbiyəsini göstərir”

131623

Zəngin teatr ənənələri olan və zaman-zaman Azərbaycan teatr sənətinin flaqmanı sayılan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı haqqında son vaxtlar müxtəlif fikirlər səsləndirilir, iradlar bildirilir. Ən pisi də odur ki, irad bildirənlərin bir çoxu Teatrın öz əməkdaşlarıdır.

Məsələn Teatrın aktyoru, Əməkdar artist Füzuli Hüseynovun iki gün öncə sosial şəbəkə hesabında yazdığı son status buna nümunə ola bilər. 

O, şəxsi hesabında “bəzi çaqqal səsləri gəlir “drama”dan… Çaqqalın işi ulamaqdır… Unutmayın!”, – deyə paylaşım edib.

Onun bu sözləri, təbii ki, birmənalı qarşılanmayıb. Bəzi sənət dostları Əməkdar artistə öz iradlarını bildirib. 

Məsələ ilə bağlı ilkin olaraq teatrın aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə əlaqə saxladıq. Xalq artistinin Bizim.Media-ya cavabı qısa oldu:
 

MÖVZU İLƏ BAĞLI:

Teatr Xadimləri İttifaqının yeni sədri Hacı İsmayılov – “Aktyorların maaşı artırıla bilər” – ÖZƏL 


“Qardaş, hər kəs öz tərbiyəsin göstərir də. Mən nə deyim... Bu barədə çox danışmaq istəmirəm”.

Teatrın mətbuat katibi Cavid Zeynallı da Füzuli Hüseynovun fikirlərini şərh eləmək istəmədi:

“Mən bilmirəm Füzuli müəllim nəyi nəzərdə tutaraq belə deyib”.

Mətbuat katibi onu da bildirdi ki, Azərpaşa Nemətovun ölümündən sonra hələlik Teatra yeni rəhbər təyin olunmayıb:

“Hələlik direktoru heç kim əvəz eləmir. Təyinatla bağlı heç bir yenilik də yoxdur. Amma Teatrın işi davam edir. Repertuara əsasən tamaşalar hazırlanır, təqdim edilir. Son tamaşamız da bazar günü olub”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO