1907-ci ildə tikilən 58 metrlik lift - Modern şəhərin antik tarixi - FOTOLAR

1907-ci ildə tikilən 58 metrlik lift - Modern şəhərin antik tarixi - FOTOLAR

Hazırda oxunan: 1907-ci ildə tikilən 58 metrlik lift - Modern şəhərin antik tarixi - FOTOLAR

12342

Pandemiya dövründə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin birgə proqramı çərçivəsində yerli və əcnəbi turistlərə sağlam turizm xidməti davam edir. 

Pandemiya dövründə təhlükəsiz turizm xidmət paketindən yararlanmaq üçün müxtəlif layihələrə imza atan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Türkiyəyə turist cəlb edilməsi üçün işlər görür.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı İzmir Turizm müdirindən çağırış: “Hamınızı Türkiyəyə dəvət edirəm” - FOTOLAR


5 gündür Nazirlik tərəfindən Türkiyəyə dəvət edilən bir qrup azərbaycanlı jurnalist İstanbul, Ankara və İzmirdə səfərdə olublar.

Ötən gün azərbaycanlı jurnalistlər İzmirdəki tarixi "İzmir Asansör Qülləsi"ni ziyarət ediblər.

Türkiyənin qərbində və şərqində bir çox vilayətdə xidmət edən liftin hündürlüyü 58 metrdir.

Hazırda İzmir Böyükşəhər Bələdiyyəsinin balansına verilən lift 1907-ci ildə yəhudi iş adamı Nesim Levi (Bayraqlıoğlu) tərəfindən inşa edilib.

Jurnalistlər daha sonra İzmirin məşhur “Saat Qülləsi” meydanına gediblər. 4 mərtəbədən ibarət Qüllənin hündürlüyü 25 metrdir.

Qüllə sultan II Əbdülhəmidin istəyi ilə Osmanlı əyalətlərində eyni dövrdə tikilmiş çoxsaylı saat qüllələrindən biridir.

Lakin orijinal memarlığı və tikintisində tətbiq olunan metod sayəsində digər saat qüllələri arasında xüsusi yer tutur. Osmanlı saat qüllələri arasında ən estetik  və zərif saat görünüşüdür.

İzmirli memar Raymond Şarl Pere tərəfindən dizayn olunan qüllənin saatının alman imperatoru II Vilhelm tərəfindən hədiyyə olunması ilə bağlı sənədlər var. Qüllənin üzərindəki Osmanlı tuğrası və Osmanlıya aid işarələr daha sonra silinib.

Alçina Amilqızı, Bizim.Media, İzmir



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO