
- A-
- A
- A+
Maraqlı
18:50 / 22.09.2014
Azərbaycanın yerli iti təqdim edilib
Hazırda oxunan: Azərbaycanın yerli iti təqdim edilib
56050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Sentyabrın 20-21-də Qazaxıstanın paytaxtı Astanada milli və qədim cins itlərin problemlərinə həsr edilmiş beynəlxalq "dəyirmi masa” keçirilib. Nüfuzlu tədbirdə 10-dək ölkənin mütəxəssisləri iştirak ediblər.
Azərbaycanı "Qafqaz it cinsləri" İctimai Birliyinin sədri İlham Qasımzadə təmsil edib.
Qazaxıstan Senatının sabiq üzvü və “Kansonar” Ovçuluq təsərrüfatlarının İdarə Heyətinin rəhbəri Oralbay Abdıkərimovun çıxışından sonra Qazaxıstanın yerli qoyun iti "Tobet"in şəkli əks etdirilən Qazaxıstan Milli Bankının 925 əyarlı gümüş sikkəsi nümayiş etdirilib. "Respublikanın dəyərləri" seriyasından olan bu yeni pul vahidi 500 təngə dəyərindədir.
Yığıncaq Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Rusiyanın kinologiya və ovçuluq təsərrüfatı sahəsində mütəxəssislərinin çıxışları ilə davam edib. İ.Qasızmadə Azərbaycanın yerli çoban iti "Qurdbasar"ın da milli ənənələrimizdə xüsusi dəyərləri barədə ətraflı məruzə ilə çıxış edib.
"Dəyirmi masa"nın sonunda ölkələrimizin yerli aborigen itlərini gələcəkdə tanıtmaq üçün beynəlxalq təşkilat yaradılması barədə işçi qrupu yaradılıb. İ.Qasımzadə həmin işçi qrupunun üzvü seçilib.
Mənbə: Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































