Anar Ağakişiyev:  “Karyerama süpürgə ilə başlamışam” - VİDEO

Anar Ağakişiyev:  “Karyerama süpürgə ilə başlamışam” - VİDEO

Hazırda oxunan: Anar Ağakişiyev:  “Karyerama süpürgə ilə başlamışam” - VİDEO

99678

“Karyerama süpürgə ilə başlamışam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Stilist bildirib ki, o, hər zaman irəliyə getmək və öz üzərində çalışmağa meyl göstərib.  

“Bakının qapısı haradan açılıb, heç bilmirdim. Savadım da yüksək deyil idi. Sizə bir misal çəkim, xalam oğlunun savadı məndən qat-qat artıq idi. Valideyinləri ona hər zaman dəstək olurdular. Hazırda çox yaxşı yerdə işləyir. Bir yerə qədər.

Çünki xalam oğlunun daxilində işində, peşəsində ucalmaq istəyi yoxdur.  Deyirdi ki, evlənim, həyat yoldaşım, uşağım, rahat evim olsun, gedim dostlarımla əylənim. Amma mən heç zaman belə şeyləri heç zaman düşünməmişəm.

Hər zaman düşünmüşəm ki, irəli gedib, hamıdan seçilməliyəm. Bunun üzərində çalışırdım. Gecə mənə zəng vurub, vizaj eləmək üçün çağırırdılar. Pulsuz bu işi görürdüm. Düşünürdüm ki, bu işi etsəm, hansısa yeniliyi öyrənəcəyəm”. 
Anarın bu çıxışına sözügedən proqramda eksperst qismində iştirak edən “Vəkillər kollegiyasının həqiqi üzvü” vəkil Şəfiqə Nağıyeva etiraz edib. Vəkil bildirib ki, Ağakişiyev bu uğura təkcə öz gücünə deyil, eyni zamanda aldığı dəstək nəticəsində əldə edib. A.Ağakişiyev Ş.Nağıyevanın bu fikirləri ilə qismən razılaşsa da, illər əvvələ dönərək, Bakıdakı çətin həyatından söz açıb. 

“Çox insanlar mənə söyləyirlər ki, böyük yerlərdən və şəxslərdən dəstək alıram. Amma bu, əsla belə deyil.  Şəfiqə xanım əgər siz deyirsiniz ki, mənə dəstək var, qoy olsun siz deyən kimi.

Amma indi 1999-cu ildə mən Gürcüstandan Bakıya gəlib, dəmir yolu vağzalına düşəndə və “Razin”də (Hazırkı Bakıxanov qəsəbəsi) anamla qırx “şirvana” kirayədə qalanda kim mənə dəstək olmuşdu ki!? O çətinliyi uzun müddət gördüm. Məktəbi bitirdim, anam mənə söylədi ki, sənə verəcəyim cəmi 200 dollar pulum var. O pulla istəyirsən təhsilini davam et, telefon al, ya da nə  istəyirsən elə”,-  deyə Anar fikirlərini ifadə edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO