Şəbnəm yanan ocağa su səpdi:

Şəbnəm yanan ocağa su səpdi: "Səidə bacı, inanma" - FOTO

Hazırda oxunan: Şəbnəm yanan ocağa su səpdi: "Səidə bacı, inanma" - FOTO

82402

Ötən gün müğənni Səidə Sultanın sosial şəbəkə hesabında həmkarı Şəbnəm Tovuzluya ünvanlanladığı qalmaqallı ismarışlara qarşı tərəfdən reaksiya gəlib.

Bizim.Media xəbər verir ki, Şəbnəm sosial şəbəkə hesabında bir neçə gün əvvəl “Tarixin bir günü” günorta şousunda söylədiyi “Əgər mədəniyyət, əxlaq, insanlıq geyimlə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam, həm də əxlaqlıyam.

İfam da, tərzim də, xanımlığım da yerindədir” kadrları paylaşaraq, söylədiyi fikirlərin ünvanının Səidə olmadığını bildirib.

“Bir insana hörmət qoyuramsa, efirdə də, kənarda da ona hörmətlə davranıram. Bilib, bilmədən yazırsız. Səidəni hər zaman çox istəmişəm. Onun da fikrini yayındırırsız. Olmaz belə etmək. Səidə bacı, inanma. Sözüm yiyəsinə çoxdan çatıb. Tolik də (“Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev) ümumi danışıb.

Qeyd edək ki, S.Sultan sosial şəbəkə hesabında Ş.Tovuzlunun sözlərinə “Mahnı qaldı kənarda, başladı əxlaqdan danışmağa. Sən nə əxlaqdan danışırsan, söhbət mahnıdan gedir. Əxlaqın bura nə aidiyatı var? Guya bu sözləri mənə demir, amma çörəyi qulağıma yemirəm.
Düşündüm ki, cavabını verməyim, vaxt gələr üz-üzə oturub başa salaram. Verilişdə mahnıdan danış, sənin əxlaqın kimə lazımdır, bununla xal qazanırsan? Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz” – deyə cavab verib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO