Nadir Qafarzadə: \

Nadir Qafarzadə: \"Cavanlıqda mən də xəyanət etmişəm\" – VİDEO 

Hazırda oxunan: Nadir Qafarzadə: \"Cavanlıqda mən də xəyanət etmişəm\" – VİDEO 

80939

“Hansı nəsildə xəyanət etməyən adam var? Və ya edib də, indi etmir?”  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “MTV maqazin” verilişində deyib.  

Xəyanət mövzusundan söz açan sənətçi, fikirləri ilə diqqət çəkib.  

“Harada kı insan var, harada kı qadın, kişi var, xəyanətin olmaması mümkün deyil. Xəyanətkar heç zaman gəlib demir ki, xəyanət etdim. Bunu etiraf etsək də, etməsək də, xəyanət dünən də olub, bu gün də var, sabah da olacaq”.  

N.Qafarzadə özü də xəyanət etdiyini bildirsə də, açıqlaması ilə “gah nala, gah da mıxa vurub.

“Cavanlıqda mən də xəyanət etmişəm. Bunu da həyat yoldaşım bilib. Xəyanətim evliliyə qədər olub. Evliliyə qədər olanlar isə xəyanət sayılmır”.  
Qeyd edək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün bu nikahdan Loğman və Əziz adlı iki oğlan övladı var.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO