Tanınmış müğənni Səidə Sultan qonaq olduğu "Tarixin bir günü" şousunda qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, həmyaşıd olduğu həmkarlarının ifa etdiyi mahnıları sərt tənqid edib:
"Mənim yaşıdım olan sənətçilərin hamısı çox gözəl müğənnilərdir. Gözləyirdim ki, bizdən sonra gələn müğənnilər xarici səhnələrə çıxacaqdırlar. Avropada təkbaşına tanınacaqdırlar. Çünki bizdə inkişaf elə olmalı idi. Əksinə, biz 30 il arxaya gedirik".
O, sosial şəbəkələrdə ifaları rekord baxış yığan sənət yoldaşlarının şou-biznezdə meydan sulamasından da danışıb:
"Məndən sonra gələn nəslin müğənniləri "rakada-çıkada", "nanay-nanay" oxuyurlar. Belə ifalar bizə nə verəcək?! Azərbaycan musiqisinə nə verəcək?! Əksin, daha da bədbəxt edib, pis günə qoyub. Kənardan gələn qonaq Azərbaycanımın musiqisini dinləyəndə, şəxsən mən utanıram. Deyirəm ki, bunlara qulaq asmasa yaxşıdır".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:05 / 20.06.2022
Səidə Sultan: "Azərbaycan musiqisi zay günündədir" - VİDEO
Hazırda oxunan: Səidə Sultan: "Azərbaycan musiqisi zay günündədir" - VİDEO
Hazırda oxunan: Səidə Sultan: "Azərbaycan musiqisi zay günündədir" - VİDEO
80154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.