"Sən tək deyilsən" verilişinin canlı yayımında halı pisləşən aparıcı Xoşqədəm Hidayətqızına həkimlər kömək edib.
ANS PRESS-in məlumatına görə, hazırda özünü yaxşı hiss edən Xoşqədəm Hidayətqızı tamaşaçılarına və narahatlıq keçirənlərə öz təşəkkürünü bildirib.
Həkimlər aparıcıya ilkin tibbi yardım göstərib və həyacanlanmamağı məsləhət görüb.
Qeyd edək ki, analarını atan övladlar barədə danışan aparıcı studiyada ağlayıb və halı pisləşib.
Buna səbəb isə üzun illər övladını axtaran anaya oğlunun Qazaxıstanda ölməsi barədə verdiyi xəbər olub. Ana və aparıcı bu xəbərə üzülüblər.






































































































