"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Hazırda oxunan: "Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

632093

Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünü doğum günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bəstəkar sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb:

"Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvənib haqlı sayanım, qürurum, dözümlüm, yeganə övladım Nilgünüm!

Allahıma şükürlərim sonsuzdur ki, sənin kimi övladın valideynlik məsuliyyətini mənə nəsib etdi.

Səndən çox razıyam, ağıllı və vəfalım. Doğum gününü ilk dəfədir ki, bizdən uzaqlarda keçirirsən, amma yenə də doğmalarımızın əhatəsindəsən. Səni nənən başda olmaqla, vətəndən və ailəlikcə təbrik edirik.

Allah sənə yazdığı taleyi maneəsiz, xəta-bəlasız və şərəflə yaşamağı nəsib etsin. Allah cəmi balaları və mənim canım qızımı daim xoşbəxt etsin! Amin!".


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO