Ronaldo Corcina ilə boşanarsa... – Görün nə qədər aliment ödəyəcək

Ronaldo Corcina ilə boşanarsa... – Görün nə qədər aliment ödəyəcək

Hazırda oxunan: Ronaldo Corcina ilə boşanarsa... – Görün nə qədər aliment ödəyəcək

631296

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Corcina Rodrigesdən boşanacağı təqdirdə ona hər ay 100 min avro ödəyəcək.

Bizim.Media xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.

Cütlüyün bağladığı nikah müqaviləsində belə bir bənd nəzərdə tutulub. Razılaşmaya əsasən, ödəniş Corcinaya ömürlük veriləcək.

Mənbənin məlumatına görə, münasibətlərə son qoyulacağı halda Corcina həmçinin Madridin nüfuzlu La Finka yaşayış kompleksində yerləşən, dəyəri bir neçə milyon avro olan malikanənin mülkiyyət hüququnu əldə edəcək.
 

Bildirilib ki, Ronaldonun və Corcinanın nikah müqaviləsi bağlamaqda əsas məqsədi mümkün boşanma zamanı uşaqlarının rifahını təmin etməkdir.


Cütlük bununla uşaqların psixoloji vəziyyətinə və şəxsi həyatlarının toxunulmazlığına təsir edə biləcək uzunmüddətli hüquqi mübahisələrdən yayınmaq istəyir.

Razılaşmada Corcina yalnız maddi təminat alan tərəf kimi deyil, həm də ailə həyatına mühüm töhfə verən tərəfdaş kimi göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO