"İstirahətə gəlirlər, zibilləri qumun üstünə, dənizə atırlar"

"İstirahətə gəlirlər, zibilləri qumun üstünə, dənizə atırlar"

Hazırda oxunan: "İstirahətə gəlirlər, zibilləri qumun üstünə, dənizə atırlar"

631254

"Dünyanın hər yerində insanoğlu hər şeyi məhv etmək, qırmaq, dağıtmaq üçün yaranıb sanki. Təsəvvür edin, dənizə gəlirlər, içdikləri suyun butulkası, əllərini sildikləri salfetka hamısı qumun üstündə, dənizin içindədir. Baxmayaraq ki, orada zibil qabları var. Niyə oraya atmırlar? Niyə zibili istirahət, günəşlənmək, dincəlmək üçün gəldikləri dənizin ətrafına atırlar? Niyə gözəlliyi məhv edirik? Allah verib də, qoruyaq. Niyə zibili zibil qabına atmağa ərinirik?".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib. Aparıcı sahili, küçələri zibilləyən şəxsləri qınayıb:

"Əkizlərimin 3 yaşı olanda bir dəfə yolda əllərindəki salfetkanı pəncərədən atdılar. Maşını verdim kənara, onları düşürtdüm, həmin salfetkanı özlərinə götürdüm, başa saldım ki, zibili yerə atmaq olmaz. Ən əsası isə bu küçəni təmizləyənlər sizin ananız yaşındadır. Əziyyət çəkirlər, niyə işlərini artırırsınız? Odur-budur, yerə zibil atmırlar. Atanlara da, yaşlarından asılı olmayaraq, iradlarını bildirirlər. Uşaqları balaca vaxtdan öyrətmək lazımdır". (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO