Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Hazırda oxunan: Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

628251

Xalq artisti Aygün Kazımovanın "DreamFest"də nümayiş etdirdiyi obrazlar hələ də müzakirə olunur.

Bizim.Media xəbər verir ki, Pop kraliçanın firuzəyi xalça üçün seçdiyi görünüş izləyiciləri 24 il əvvələ aparıb.

Ölkənin əsas ulduzunun fərqli saç düzümü 2000-ci illərin əvvəllərində yaratdığı ən diqqətçəkən obrazlardan birini xatırladıb.

Belə ki, Aygün Kazımova 2002-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Best Model" beynəlxalq model yarışmasında da oxşar saç düzümü ilə diqqət çəkmişdi.
 

Həmin illərdə ölkə üçün böyük layihə sayılan yarışmanın Azərbaycana gətirilməsi və təşkilində əsas rollardan birini Aygün Kazımova üzərinə götürmüşdü. Dünyanın müxtəlif ölkələrindən gələn modellərin iştirak etdiyi tədbir üçün sənətçi görünüşünə də xüsusi diqqət ayırmışdı.


Yarışma ərəfəsində Kazımova çəkisini azaltmış, imici üzərində ciddi çalışmışdı. Boy fərqini vizual olaraq balanslaşdırmaq üçün hazırlanan hündür saç düzümü isə zamanla onun ən yadda qalan obrazlarından birinə çevrilib.

İllər sonra Pop kraliça həmin üslubu "DreamFest"in firuzəyi xalçasında yenidən təqdim edərək nostalji yaradıb. Müğənninin bu seçimi sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, Aygün Kazımovanın təşkil etdiyi "Best Model" yarışması təşkilatçılıq səviyyəsinə görə beynəlxalq layihələr arasında yüksək qiymətləndirilərək 99 ölkə arasında birinciliyə layiq görülüb. (axşam.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO