Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO

Hazırda oxunan: Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO
627796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin Yurmalada keçirilən "Laima Rendezvous Jurmala 2026" festivalının bağlanış mərasimində görüntülənib.
 
Bizim.Media xəbər verir ki, Puqaçovanın mərasimə əsa ilə gəlməsi diqqət çəkib.

Alla Puqaçovanın bu dəfə əsa ilə üzə çıxması çoxlarını təəccübləndirib.
 
Cütlük bununla bağlı jurnalistlərə açıqlama verib.
 
"Heç kimə heç nə demədim. Məsələ burasındadır ki, yıxılıb ayağımı sındırdığım üçün dörd ay hərəkətsiz qaldım. Düzünü desəm, bir daha ayağa qalxacağımı düşünmürdüm. Panik ataklarım oldu, dörd ay dəhşət içində idim. Xəbərdarlıq etdilər ki, altı ay uzanmalı olacaqsan. Amma sonra bir nəfər gəlib dedi: "Hər şey səndən, iradəndən asılıdır. Əgər bunun öhdəsindən gəlsən, hər şey yaxşı olacaq. Və mən hələ də bunun öhdəsindən gəlirəm!" – deyə Puqaçova bildirib.
 
Qalkin əlavə edib ki, ürək əməliyyatı da daxil olmaqla, Puqaçovanın səhhəti ilə bağlı çoxlu şayiələr gəzirdi:
 
“Belə bir şey baş vermədi. Alla sadəcə ayağını sındırıb".
 


Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO - foto 1
Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO - foto 2
Puqaçova festivala əsa ilə qatıldı – FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO