Şou-biznesdə toy ab-havası: Məşhurlar ailə qurur - FOTO

Şou-biznesdə toy ab-havası: Məşhurlar ailə qurur - FOTO

Hazırda oxunan: Şou-biznesdə toy ab-havası: Məşhurlar ailə qurur - FOTO

627508

Rusiyanın şou-biznes aləmində bu şənbə günü bir-birinin ardınca toy xəbərləri gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, tanınmış aparıcı və komediya ulduzu Olesya İvançenko, hüquqşünas Yekaterina (Katya) Qordon və müğənni Klava Koka şəxsi həyatları ilə bağlı diqqət çəkən xəbərlərlə gündəmə gəliblər.

"Natal xəritəsi" yumor şousunun ulduzu Olesya İvançenko gözlənilmədən ailə qurduğunu açıqlayıb.

O, Belarusdan olan 36 yaşlı komediya ustası Maksim Zayatsla evlənib. Cütlüyün toy hazırlığı barədə əvvəllər heç bir məlumat verilməsə də, sonradan bununla bağlı müəyyən işarələrin olduğu qeyd edilib.
 

Hüquqşünas və teleaparıcı Katya Qordon isə Şimal qütbünə son səfəri zamanı çəkilmiş toy fotolarını paylaşıb. O, həyat yoldaşı Viktor Xarxalislə birlikdə qırmızı buzqıranın fonunda buz parçası üzərində obyektiv qarşısına keçib.


Müğənni Klava Koka isə Türkiyənin Bodrum şəhərində keçirilən subaylıq gecəsində emosiyalarını saxlaya bilməyərək göz yaşlarına hakim ola bilməyib. Sosial şəbəkələrdə yayılan fotolara əsasən, sənətçi sentyabr ayına planlaşdırılan toy mərasimini səbirsizliklə gözləyir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO