"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

Hazırda oxunan: "Arka Sokaklar" tarixə qovuşdu
627453
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Arka Sokaklar" serialının ssenaristi Ozan Yurdakul sosial şəbəkə paylaşımında layihənin başa çatdığını elan edib. 

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Yurdakul 2006-2022-ci illər arasında "Erler Film"in çətiri altında çəkilən serialın daha sonra "D Media"nın prodüserliyi ilə üç mövsüm də davam edərək 20-ci mövsümünü tamamladığını xatırladıb.

O, yeni mövsüm hazırlıqları davam edərkən "D Media" və "Kanal D"nin ortaq qərarı ilə serialın davam etdirilməməsinə qərar verildiyini qeyd edib.

Ssenarist, mərhum Türker İnanoğlu tərəfindən 2006-cı ildə başladılan "Arka Sokaklar" macərasının beləliklə başa çatdığını ifadə edib. Təxminən 20 il və 751 həftə ərzində ekranlarda qalan serialın tamaşaçısına layiqincə vida edə bilmədiyini dilə gətirən Yurdakul layihədə əməyi olan hər kəsə və izləyicilərə təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO