"Ezel" serialındakı "Ramiz dayı" obrazı ilə Azərbaycan tamaşaçısının da qəlbində xüsusi yer tutan Türkiyə kinosunun əfsanəvi aktyoru Tuncel Kurtizin məzarı ətrafında xoşagəlməz hadisələr yaşanıb.
Bizim.Media xəbər verir ki, 2013-cü ildə vəfat edən usta sənətkarın məzarını ziyarət edən tanınmış aktyor Nail Kırmızıgül qarşılaşdığı mənzərəyə sərt reaksiya verib.
Balıkəsirin Edremit rayonunda dəfn olunan Tuncel Kurtizin məzarını ziyarət edən Nail Kırmızıgül qəbiristanlıqdakı vəziyyətin onu dərindən sarsıtdığını bildirib. Onun sözlərinə görə, bəzi ziyarətçilər məzar daşlarının üzərinə müxtəlif yazılar yazıb, yaxınlıqdakı ağaclara və dəmir hasarlara "niyyət" məqsədilə bez parçaları bağlayıblar.
Tuncel Kurtizin dünyagörüşünə diqqət çəkən Kırmızıgül bu hərəkətlərin sənətkarın xatirəsinə böyük hörmətsizlik olduğunu vurğulayıb:
"Məzarın bu vəziyyətdə olması məni dərindən üzdü. Məzara bez parçaları bağlayıblar, baş daşlarının üzərini cızaraq müxtəlif yazılar yazıblar. Tuncel Kurtiz həyatı boyu aydın düşüncəli, müasir və dünyəvi (sekulyar) bir insan olub. Əminəm ki, o, ölümündən sonra məzarının bu hala salınacağını, xurafat yuvasına çevriləcəyini bilsəydi, bunun qarşısını almaq üçün vəsiyyətinə xüsusi bənd əlavə edərdi".
Nail Kırmızıgülün bu paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub.
İstifadəçilərin böyük əksəriyyəti aktyorun fikirlərini dəstəkləyərək, tanınmış sənətkarların məzarlarının bu cür hərəkətlərlə zədələnməsinin və xurafat məqsədilə istifadə olunmasının yolverilməz olduğunu bildiriblər. (demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:40 / 24.07.2026
"Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi
Hazırda oxunan: "Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi
Hazırda oxunan: "Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi
627318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































