Saxlanıldı, sosial şəbəkə hesabları bloklandı

Saxlanıldı, sosial şəbəkə hesabları bloklandı

Hazırda oxunan: Saxlanıldı, sosial şəbəkə hesabları bloklandı
626811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli sosial media fenomeni Fatma Soydaş barəsində "xalqın bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmə" ittihamı ilə saxlanılma qərarı çıxarılıb.

Bizim.Media xəbər verir ki, bununla yanaşı, fenomenin sosial şəbəkə hesablarına giriş də məhdudlaşdırılıb.

İddialara görə, Fatma Soydaş pullu abunə sistemi vasitəsilə paylaşdığı bəzi məzmunlarda dini simvolları və hicabı qeyri-etik görüntülərlə bir araya gətirib. Bu paylaşımlar sosial şəbəkələrdə geniş narazılığa səbəb olub. Çoxsaylı istifadəçilər Türkiyənin Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarını işarələyərək onun barəsində hüquqi tədbir görülməsini tələb ediblər.
 

Fatma Soydaş bir neçə gün əvvəl "Zebani Efe" ləqəbi ilə tanınan Efe Beycanla sevgili olduqlarını açıqlamışdı. Lakin o, qısa müddət sonra yeni paylaşım edərək münasibətdə olmadıqlarını bildirib. Bu addım sosial şəbəkə istifadəçiləri tərəfindən gündəmdə qalmaq cəhdi kimi qiymətləndirilib.


Hadisələrdən sonra Soydaşın daha əvvəl qatıldığı televiziya proqramındakı açıqlamaları da yenidən müzakirə olunmağa başlayıb. Verilişdə aparıcının hicablı qadının bu cür paylaşımlar etməsinin düzgün olmadığını deməsinə cavab olaraq Fatma Soydaş "Mən kiməm ki, hökm verim?" ifadəsini işlətmişdi. O, həmçinin səmimiyyətsizliklə bağlı iradlara da etiraz etmişdi. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO