Vüsalə "Ağ şəhər"dəki evindən köçdü: “Babalımı yuyanları Allaha həvalə etdim” - (Foto)

Vüsalə "Ağ şəhər"dəki evindən köçdü: “Babalımı yuyanları Allaha həvalə etdim” - (Foto)

Hazırda oxunan: Vüsalə "Ağ şəhər"dəki evindən köçdü: “Babalımı yuyanları Allaha həvalə etdim” - (Foto)
626647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tele-aparıcı Vüsalə Əlizadə paylaşımı ilə müzakirələr yaradıb.

Bizim.Media xəbər verir ki, məşhur televiziya siması evindən köçdüyü barədə görüntünü izləyiciləri ilə bölüşüb.

O, paylaşımında diqqət çəkən məqamlara toxunub:

"Heç sevmirəm köç etməyi. Yorğun, gərgin, hər şey dağınıq, eyni zamanda yükdən çox ağır xatirələr alırsan çiyninə. Enerjini saçdığın, nəfəsinlə isitdiyin, qəhqəhələr atdığın bəzən də bir küncünə qısılıb, körpə uşaq kimi ağladığın, acılı, şirinli xatirələr...

Mən çox yoruldum illərdir balamı dişimə alıb, işim üçün, onun təhsili, gələcəyi üçün bu yükə də qatlandım, amma kirayə olduğum hər evə "yad evi" demədən o qədər sevgi verdim ki, o qədər bağlandım ki, sevginin dünyanı gözəlləşdirə biləcəyinə o qədər inandım ki... Və bir o qədərdə əminəm ki, Allahım məni yenə mükafatlandıracaq.

Haqqıma girənlər, babalımı yuyanlar, sadəcə Allaha həvalə etdim. Bilirəm, yenə olacaq cılız beyninə görə şərh verənlər, olsun yenə deyirəm, Allah hər kəsə ürəyinə görə versin Sadəcə mən sevgi və həssaslıqla yaşadığım bu hissimi də mənə doğma olan siz izləyicilərimlə bölüşmək istədim. Allah qismət etsin tezliklə öz evimizə köçək Amin". (Milli.Az)

Vüsalə

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO